Universitet tələbələri üçün nəzərdə tutulmuş dərslikdə fərdi kompüterlərin aparat və proqram təminatları, onların iş prinsipləri istifadəiçilərin başa düşəcəyi sadə dildə şərh edilmişdir. Burada məqsəd: tələbələri «İnformatika»nın bir elm kimi əsas nəzəri və praktik aspektləri ilə tanış etmək, avtomatlaşmış informasia mənbələrindən istifadə etmək üçün informatikanın bir vasitə kimi öyrədilməsi, tipik informasiya sistemləri ilə işləmək üçün praktik vərdişlərin aşılanması, informasiyalaşdırma proseslərinin hüquqi əsaslarını və informasiya texnologiyalarının müdafiəsinin öyrədilməsini təmin etməkdir.
Kitabdan universitet tələbələri, aspirantlar, magistraturaya qəbul imtahanlarına hazırlaşanlar və digər mütəxəssislər istifadə edə bilərlər.