Microsoft Word 2010 - Azərbaycanca 38 video dərslik




Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş ilk videodərsliyimdə sizləri salamlayıram. Çox saylı müraciətləri nəzərə alaraq bu videodərslərin çəkilişlərinə başlamışam. Ümid edirəm ki, bu videodərslər seriya şəkilində daha kefiyyətli formatda oxucularımın ixtiyarına veriləcək. Və tam olaraq təmənnasız və heç bir maliyyə dəstəyi olmadan öz imkanlarım hesabına həyata keçiriləcəkdir. Bu videodərsliklərim yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.



Microsoft Word 2010 proqramına giriş
Word proqramının digər versiyalarında olduğu kimi Word 2010 proqramının interfeysində də xeyli dəyişiklik baş vermişdi. Bu barədə sonrakı videodərslərdə ətraflı məlumat veriləcəkdir. Əvvəlcə Word 2010 proqramına giriş və onun haqqında ətraflı məlumat əldə edək.Bildiyimiz kimi Word 2010 proqramı sənədlərin,broşüra və kitabların,ərizə və arayışların, cədvəllərin,sadə qrafik sxemlərin çəkilməsi və yaradılması üçün unikal mətn prosessoru sayıla bilər. Ümumiyyətlə Word proqramının işə salması barədə istifadə olunan üsullar haqqında əvvəlki videodərslərimdə öyrənmisiniz. Əlbəttə yeni başlayan istifadəçilərə bu üsulları yenidən göstərmək fikrindəyəm.Gəlin Word 2010 proqramını ekrana çağırmaq üçün bir neçə üsulu öyrənək.

Word 2010 proqramına giriş,Microsoft Word 2010
Word 2010 proqramının simgəsi
Word 2010 proqramına giriş,Microsoft Word 2010
Word 2010 proqramına aid fayl
Əgər Word 2010 proqramının simgəsi sizin iş masanızda mövcuddursa,onda onun üzərində siçanın sol düyməsini iki dəfə sıxmaqla onu işə salmaq olar.Digər bir üsul isə ənənəvi metoda söykənir.Yəni proqramı ekrana çağırmaq üçün Başla(Пуск) menyusuna daxil olub,əvvəlcə Все программы sətrini sonra isə Microsoft Office qovluğunu seçirik.Açılan siyahıdan Microsoft Word 2010 sətri üzərində siçanın sol düyməsini bir dəfə vururuq.Beləliklə Word 2010 proqramının pəncərəsi ekranda açıldı.Üçüncü üsul isə proqrama məxsus faylı üzərində iki dəfə sol düymənin sıxılmasıdır.
Ümumiyyətlə Microsoft Office proqramı böyük bir paketdir.Tərkibində təxminən 7-8 ədəd proqram var.Məsələhət görərdim ki, Microsoft Office proqramlar toplusunu kompüterə yükləndiyi zaman yalnız sizə gərəkli olan proqram olan proqramları vurasız.Belə olduqda Microsoft Office paketi sizin kompüterinizə çox kiçik həcmdə yüklənir.Kompüterdə işlətmək isə olduqca rahat olur.
Beləliklə biz Microsoft Office Word 2010 proqramına giriş dərsi ilə tanış olduq.Ekrana çağırmağın üç üsulunu öyrəndik.Növbəti dərslərimizdə biz Word 2010 proqramının interfeysi ilə tanış olacağıq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu videodərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.



Bu playlistdə microsoft word 2010 proqramına həsr olunan video dərslər toplanılıb. Microsoft office paketinə daxil olan proqramdır.
Microsoft Word 2010 proqramına giriş - 3:45
Word 2010 proqramının interfeysi - 8:55
Word 2010 da yeni sənədin yaradılması - 3:42
Word 2010 proqramında sənədin yadda saxlanılması - 2:02
Sənədin digər versiyalı Word proqramı üçün yadda saxlanılması - 3:07
Məhdud funksiyalı rejimin dəyişdirilməsi - 3:10
Dəyişikliklərin yadda saxlanılması - 1:49
Word 2010 proqramında sənədə müraciət - 3:21
Word 2010 proqramında sənədin bağlanması - 2:40
Proqramda sənədə müraciət qaydası - 6:12
Word 2010 proqramında sənədə baxış rejimləri - 5:27
Word 2010 proqramında təkzib və təkrar düymələri - 2:28
Word 2010 proqramında səhvlərin düzəldilməsi - 16:03
Word 2010 proqramında sənədin miqyası - 4:44
Mətnin yerdəyişməsi və surətinin çıxarılması - 3:39
Word 2010 proqramında Ofisin mübadilə buferi - 4:14
Word 2010 proqramında şriftin və ölçüsünün dəyşdirilməsi - 4:46
Mətnin xarici görünüşünün dəyişdirilməsi - 6:47
Word 2010 proqramında sadə düsturların daxil edilməsi - 2:28
Word 2010 proqramında formatın silinməsi - 1:56
Word 2010 proqramında formatın surətinin çıxarılması - 4:17
Word 2010 proqramında registlərin dəyişdirilməsi - 3:01
Word 2010 proqramında formatlaşdırmanın əlavə imkanları - 9:57
Word 2010 proqramında abzasların düzlənməsi - 6:18
Word 2010 proqramında abzasların formatlanması - 4:52
Word 2010 proqramında interval anlayışı - 8:34
Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi - 5:08
Sadalanmış və nişanlanmış siyahıların yaradılması - 5:50
Sadalanmış və nişanlanmış siyahıların ləğvi - 3:20
Mətnin bir neçə sütunda formatlaşdırılması - 7:45
Word 2010 səhifənin parametrləri - 8:04
Word 2010 səhifə kəsimləri və onların ləğvi - 5:57
Word 2010 hiperəlaqənin sənədə yerləşdirilməsi - 8:40
Word 2010 fiqurun sənədə yerləşdirilməsi - 8:21
Word 2010 fiqurların formatlanması - 9:13
Word 2010 sənədə mətn qutusunun yerləşdirilməsi - 14:10
WordArt obyektinin sənədə yerləşdirilməsi - 10:00
Word 2010 şəkil və clipartların sənədə yerləşdirilməsi - 11:47

Müəllif: Ş.Qədirov
Video: mp4 (HD)
Video sayı: 38 ədəd
Uzunluğu: 3 saat 46 dəqiqə
Sayt: www.gadirov.com

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
hacks for Valorant