Açıqlam: comScore şirkətinin analitikləri qeyd edirlər ki, Microsoft korporasiyasının Bing yeni axtarış sisteminin internet-axtarış bazarında payı müntəzəm sürətdə artmaqda davam edir. Bununla belə, yeni axtarış servisi hələ ki, Yahoo!, xüsusən də Google-dan xeyli geridədir.
Belə ki, cari ilin iyul ayının yekunlarına görə, Microsoft Bing-in bazarda payı 8,9% təşkil edib. Ötən ay bu göstərici 8,4% olmuşdur. Servisin istifadəyə verilməsi zamanı isə onun bazarda payı 8% təşkil edirdi (əvvəlki Live Search hesabına). İnternet-axtarış bazarının lideri Google şirkətidir (64,7%). Bir ay ərzində Yahoo! bazardakı payınının 0,3% itirərək 19,3% göstərici əldə edə bilib.