VistaMizer 3.3.0.0


VistaMizer 3.3.0.0Açıqlama: Çox vaxt Windows XP ilə gələn darıxdırıcı, sıxıcı masa üstümüzdən xilas olub daha dəyişik bir mövzuya sahib olmaq istəyərik. Hal-hazırda Windows görünüşünü yeni əməliyyat sistemi Vista tərzində təşkil edən proqram paketləri olsa da, çoxumuz bu proqramlardan istədiyimiz kimi almaqda çətinlik çəkirik
Budur VistaMizer. Mövzu tərzində deyil, orjinal faylları dəyişərək və yerlərinə XP uyğun Vista görünüşü faylları kopiyalamaq məntiqiylə işləyən proqram, inkişaf etmiş çoxlu dil dəstəyi və istənildiyində heç bir səhv olmadan sistemdən qaldırıla bilməsi xüsusiyyəti ilə, Windows Vistaya keçmədən əvvəl yeni görünüş xüsusiyyətlərini sınamaq istəyən istifadəçilər üçün sanki bir qurtarıcı rolunu, üstəlik bu rolun həqiqətən də haqqını verərək üstlənir...

VistaMizer, adından da aydın olduğu kimi bir mövzu proqramı deyil, tamamilə XP və 2003 əsaslı əməliyyat sistemlərini yeni Vista görünüşünə qovuşdurmaq üçün hazırlanmış bir paket proqramıdır. Mövzular ilə məşğul olmadığı və sistemdə davamlı işləmək məcburiliyi olmadığı üçün, aşağı sürətdəki kompüterlərdə belə Vistanın, heç olmasa yeni görünüşünü bütün detalları ilə istifadə edə bilmənizi təmin edir.

Proqramın bu versiyası, 400 ətrafında Vista simvolu, media əlavəsi, arxa planlar, işarələr və şəkil fayllarını özündə birləşdirir. Quraşdırılma 2 mərhələli olaraq işləyir.


Program Adı : 3.3.0.0
Versiya : 3.3.0.0
Həcmi : 18.7 MB
Dəyəri : Pulsuz
İnterfeys : İngilis
İşləmə Sistemi : Windows XP (Yalnız Vistadan aşağı versiyalar üçün)
Yerləşdirdi : Tural

Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar