İnternet-axtarış bazarında Microsoft Bing-in payı artmaqda davam edir


İnternet-axtarış bazarında Microsoft Bing-in payı artmaqda davam edirAçıqlam: comScore şirkətinin analitikləri qeyd edirlər ki, Microsoft korporasiyasının Bing yeni axtarış sisteminin internet-axtarış bazarında payı müntəzəm sürətdə artmaqda davam edir. Bununla belə, yeni axtarış servisi hələ ki, Yahoo!, xüsusən də Google-dan xeyli geridədir.

Belə ki, cari ilin iyul ayının yekunlarına görə, Microsoft Bing-in bazarda payı 8,9% təşkil edib. Ötən ay bu göstərici 8,4% olmuşdur. Servisin istifadəyə verilməsi zamanı isə onun bazarda payı 8% təşkil edirdi (əvvəlki Live Search hesabına). İnternet-axtarış bazarının lideri Google şirkətidir (64,7%). Bir ay ərzində Yahoo! bazardakı payınının 0,3% itirərək 19,3% göstərici əldə edə bilib.

Cəmi iyul ayı ərzində Microsoft Bing 1,21 milyard yeni axtarış sorğusuna cavab verib ki, bu, iyun ayının rəqəmlərindən 2,4% və ya 29 milyon sorğu çoxdur. Analitiklərin sözlərinə görə, Bing mütləq uğur qazanacaq, lakin bu layihəyə 100 milyon ABŞ dolları məbləğində vəsaitin ayrıldığı təqdirdə əldə olunan rəqəmlər daha da yüksək ola bilərdi.

Ümumiyyətlə comScore-nin məlumatlarında bildirilir ki, iyul ayında dünyanın ən iri internet-axtarış bazarı kimi, ABŞ-da axtarış sorğularının həcmi iyun üzrə göstəricilərlə müqayisədə 352 milyon və ya 4% azalıb. Bu cür azalma yay aylarında məzuniyyətlərlə əlaqələndirilir. Beş ən iri axtarış servisləri cari ilin iyul ayında 14,06 milyon yeni axtarış sorğusunu cavablandırıblar ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 15% çoxdur.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar