
Azercell-in təşəbbüsü ilə 355 nəfərə internetdən təhlükəsiz istifadənin təlimi keçirilib. Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan ...

SamMobile adlı mənbə Galaxy S10 seriyası və əyilə bilən Galaxy F (şərti ad) modeli barəsində yeni məlumatları verib. Mənbənin verdiyi məlumata əsasən yeni Galaxy S seriyası 3 variantda təqdim olunacaq və onlardan yalnız ikisi ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Belə ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə 5.8 inç ekrana sahib Galaxy S10 (SM-G973x model nömrəli) və 6.44 inç ekrana sahib Galaxy S10 ...

Mark Zuckerberg Facebook şirkətində idarəedici vəzifədə olan top menecerləri “müharibə şəraiti”-də qərarların verilməsi baxımından daha əzmli olmağa çağırıb. Bu cür bəyanatı Zuckerberg bu ilin İyun ayında keçirilmiş görüşdə verib. Həmin görüşdə şirkətin 50 top meneceri iştirak etmişdi. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən həmin görüşdə Zuckerberg bildirmişdi ki, adi vaxtda menecerlər direktorlar şurasının məsləhətlərinə qulaq asaraq ...

OnePlus da digər şirkətlər kimi özünün 5G texnologiyalı smartfon modeli üzərində çalışır. Bugün isə sözügedən smartfonun qiyməti barəsində məlumat ortaya çıxıb. Belə ki. Fudzilla saytının verdiyi məlumata əsasən OnePlus 5G smartfonunun qiyməti təqribi olaraq 650$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 6T modelinin qiyməti 100$ daha ucuzdur. Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, söhbət heç ...



Yaxın illər ərzində Çində süni zəka həkiminə sahib 4000 ədəd qapalı terminal quraşdırılacaq. Neyron şəbəkəsi bu cür qapalı terminallarda insanların səhhətləri ilə bağlı şikayətlərə qulaq asacaq, daha sonra əldə olunmuş məlumatları real insan həkiminə ötürəcək və onunla birlikdə xəstəliyin diaqnozunu təyin edəcək. Xəstəxana formatında çalışacaq qapalı terminalların quraşdırılması ilə Çinin ən böyük telekommunikasiya xidmətlərini təqdim edən şirkəti Ping An Good Doc ...

Çinin Meitu şirkəti dünyanın ilk üçlü ön kamerasına sahib smartfon modelini hazırlayır. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Xiaomi şirkəti Meitu-nun biznesini almışdı. MP1801 model nömrəsinə sahib sözügedən smartfon Çinin TENAA təşkilatında sertifikatlaşdırmadan keçib. Xarici görünüşcə smartfon Vertu modellərini xatırladır. Beləliklə Meitu MP1801 smartfonu Full HD+ keyfiyyətli 6.21 inç OLED ekran, markası bilinməyən 6 nüvəli prosessor, 8 GB RAM, 128/2 ...