Çinin Meitu şirkəti dünyanın ilk üçlü ön kamerasına sahib smartfonunu hazırlayır



    Çinin Meitu şirkəti dünyanın ilk üçlü ön kamerasına sahib smartfon modelini hazırlayır. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Xiaomi şirkəti Meitu-nun biznesini almışdı. MP1801 model nömrəsinə sahib sözügedən smartfon Çinin TENAA təşkilatında sertifikatlaşdırmadan keçib. Xarici görünüşcə smartfon Vertu modellərini xatırladır. Beləliklə Meitu MP1801 smartfonu Full HD+ keyfiyyətli 6.21 inç OLED ekran, markası bilinməyən 6 nüvəli prosessor, 8 GB RAM, 128/256 GB daxili yaddaş, 12 MP + 8 MP ikili arxa kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


    Sözügedən martfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o ön paneldən 3 kameraya sahib olacaq: 12 MP + 20 MP + 8 MP. Çox güman ki, birinci kamera modulu adi, ikinci kamera modulu geniş bucaqlı, üçüncü kamera modulu isə portret rejimi üçün olacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Ola bilər ki, əməliyyat sistemi MIUI interfeysinə də sahib olsun. Cihazın nə zaman təqdim olunacağı bilinməsə də, bunun yaxın zamanda baş verəcəyi güman edilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar