Apple şirkəti AR eynəklər üçün linza istehsalı ilə məşğul olan Akonia Holographics adlı startapı aldı. Bu isə öz növbəsində Apple şirkətinin özünün artırılmış reallıq texnologiyasına sahib cihazının yaradılmasında maraqlı olduğunu sübut edir. Apple şirkəti ənənəyə sadiq qalaraq bu xəbər barəsində heç bir əlavə məlumat verməyib. “Apple şirkəti tez-tez kiçik şirkətləri alır və biz öz planlarımız ilə məqsədlərimiz barədə məlumatları bildirmirik” – deyə şirkət qe ...
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafında öz iştirakını davam etdirir. Mərkəz əməkdaşları bu dəfə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Barama Gəncə Mərkəzində startapları bir araya gətirib. “Startapçı həyatından bir gün” adlı bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibka ...
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz innovativ ideyalarını biznesə çevirmək, uğurlu karyera qurmaq istəyənlər üçün elan etdiyi 3-cü Barama İnkubasiya Proqramında seçimlər başa çatıb. Münsiflər heyətinin qərşısında çıxış edən 14 startapdan yüksək bal toplayan 6 layihə proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Taleh Kərimli, Valeh Arifzadə, Mehman Qaraxanı, Aydın Əliyev, Sənan İbrahim ...
16 - 18 noyabr tarixlərində Bakı ilk dəfə "Startup Weekend" beynəlxalq müsabiqəsinə ev sahibliyi etdi. Müsabiqənin bu ilki mövzusu turizm oldu. Mentorların dəstəyi ilə 60 iştrakçı 3 gün boyunca turizm sahəsi üzrə innovativ fikirlərini peşəkar münsiflər heyətinə təqdim etdilər. Münsiflər heyyətində Azər Gərib, Farhad Aşurbəyli və İlkin Javadov yer almışdı. Müsabiqə Asan Xidmətin İnnoland İnnovasiyalar,SUP startap akseleratorunun və Next Step innovasiyalar mərk ...
Məşhur avtomobil istehsalçısı olan Ford şirkəti ABŞ-da fəaliyyət göstərən və elektrosamokatların icarəsi ilə məşğul olan Spin startapını aldı. Məlumata əsasən Ford sözügedən startapı 40 milyon dollara alıb. Qeyd etmək lazımdır ki, Spin 2017-ci ildə özünün A investisiya raundunda məhz bu qiymətdə dəyərləndirilirdi. Lakin bəzi mənbələrin verdikləri məlumatlara əsasən Spin-in dəyəri əslində bir qədər çoxdur. İnvestorlara olacaq bütün ödəmələri və layihə komandasına n ...
Hər il keçirilən məşhur E3 oyun sərgisi qabağı böyük şirkətlər öz konfranslarını keçirdərək oyunçuların ən çox gözlədikləri oyunları təqdim edir və yeni oyunları anons edirlər. E3 2018 sərgisi də istisna olmadı. Microsoft şirkəti öz konfransını keçirtdi və maraqlı sürprizləri ilə yadda qaldı. İndi isə konfrans çəçrivəsində təqdim olunmuş ən maraqlı oyunların siyahısı ilə sizləri tanış edək. Halo Infinite (Halo 6): Microsoft öz konfransına məşhur Hal ...
Microsoft şirkətindən sonra bugün səhər saatlarında Bethesda Gameworks şirkəti özünün E3 2018 sərgisi öncəsi konfransını keçirtdi. İlk baxışdan konfransın bir qədər aşağı səviyyədə keçirildiyi hissi yaransa da konfransın sonundakı sürpriz anonslar vəziyyəti dəyişdilər. İndi isə sizlərə sözügedən konfransın ən maraqlı oyunlarını təqdim edirik. Rage 2: Konsfransa Rage 2 oyununun gameplay videosu iklə start verildi. Videoda verilmiş məlumata əsasən oyunçula ...
Beləliklə Sony şirkəti də E3 2018 sərgisi çərçivəsində öz konfransını keçirtdi. Əvvəlki illər ilə müqayisədə Sony şirkəti bu il zəif çıxış etsə də maraqlı oyunları ilə yadda qaldı. İndi isə konfransda təqdim olunmuş ən maraqlı oyunları sizinlə paylaşırıq. The Last of Us Part 2: Sony şirkətinin konfransı çoxdan gözlənilən The Last of Us Part 2 oyununun ilk gameplay videosu ilə start götürdü. Videodan da görmək olar ki, yeni oyunda zorakılıq səviyyəsi yük ...