Apple şirkəti AR eynəklər üçün linza hazırlayan startapı aldı



    Apple şirkəti AR eynəklər üçün linza istehsalı ilə məşğul olan Akonia Holographics adlı startapı aldı. Bu isə öz növbəsində Apple şirkətinin özünün artırılmış reallıq texnologiyasına sahib cihazının yaradılmasında maraqlı olduğunu sübut edir. Apple şirkəti ənənəyə sadiq qalaraq bu xəbər barəsində heç bir əlavə məlumat verməyib. “Apple şirkəti tez-tez kiçik şirkətləri alır və biz öz planlarımız ilə məqsədlərimiz barədə məlumatları bildirmirik” – deyə şirkət qeyd edib.

    Qeyd etmək lazımdır ki, Akonia Holographics şirkəti ABŞ-ın Kolorado ştatında yerləşir. Startap 2012-ci ildə təsis edilib və AR eynəklər üçün ekranların yaradılmasından əvvəl holoqrafik məlumatların saxlanması üzərində çalışırdı. İndi isə bu startap nazik, şəffaf və “ağıllı” linzaların hazırlanması ilə məşğul olur. Bu startap holoqrafik sistem və materiallar ilə bağlı 200-dən çox patentə sahibdir. Texnoloji sahənin təmsilçilərindən birinin verdiyi məlumata əsasən startap son 6 ay ərzində özünü çox sakit aparıb. Bu isə o deməkdir ki, startap ilə Apple şirkəti arasında müqavilə çox güman ki, bu ilin ilk yarısında bağlanıb.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar