
Sharp şirkəti keçən ilki Aquos R Compact modelinin (ekran üzərində çıxıntı hissəyə sahib ilk smartfon modellərindən biri) yeni versiyası olan Aquos R2 Compact-ı təqdim edib. Bu dəfə şirkət daha da irəli gedərək ekran üzərində iki çıxıntı hissə yerləşdirib. Bundan əlavə olaraq smartfon həmçinin flaqman texniki göstəricilərinə sahibdir. Ölçü baxımından Aquos R2 Compact keçən ilki modeldən heç də fərqlənmir. Lakin bununla belə yeni smartfonun ekran ölçüsü böyüyüb. Be ...

The New York Times-ın yeni məqaləsində Facebook şirkətinin öz səhvlərini necə düzəltməsi barəsində danışılır. Apple şirkəti ilə bağlı olan əsas məqamlardan biri də ondan ibarətdir ki, bir neçə müddət bundan öncə Tim Cook-un Facebook ilə bağlı mənfi rəyləri Mark Zuckerberg-in o dərəcədə xoşuna gəlmədi ki, o, şirkətni top menecerlərinə iPhone smartfonlarından istifadəni qadağan etdi və onlara Android smartfonlara keçid etmələri barəsində göstəriş verdi. Söz ...

Bu ilin yaz fəslində ABŞ konqresmenləri Facebook sosial şəbəkəsinin narkotik alverçiləri üçün açıq-aşkar platformaya çevrilməsi səbəbilə Mark Zuckerberg-i sərt şəkildə tənqid etmişdilər. İndi isə sosial şəbəkədə narkotik alveri ilə bağlı şübhəli paylaşımların analizini süni zəkaya həvalə ediblər. Belə ki, xüsusi alqoritmlər bu analizi moderator qismində çalışan insanlardan daha sürətli edəcəklər. Beləliklə Facebook və Instagram sosial şəbəkələr sayəsində ...

İntellektual mülkiyyət üzrə ümumdünya təşkilatın (WIPO) məlumatlar bazasında Samsung şirkətinin müxtəlif ekran dizaynlı smartfon patentləri aşkar edilib. Patent fotolarından belə qənaətə gəlmək olar ki, bu, müxtəlif dizaynlara sahib bir smartfon modeli olacaq. Patentdəki bütün dizayn variantlarındakı smartfon ön kamera üçün kiçik dairəvi hissəyə sahibdir. Həmin hissə ön panelin yuxarı sol yerində yerləşir. Digər dizayn variantları isə öz aralarında gövdənin, ekran ...

Barmaq izinin skan sistemləri müasir smartfonlarda və digər cihazlarda geniş istifadə edilir. Güman olunur ki, bu cür sistemlər cihazın yüksək təhlükəsizliyini təmin edə bilərlər. Lakin Nyu-York Universitetinin mütəxəssisləri bu fikri təkzib ediblər. Belə ki, onların yaratdıqları yeni neyron şəbəkəsi sözügedən biometrik üsulu aldatmağı bacarır. Əksər hallarda bu cür skan sistemləri əslində barmağın bütün səthini təyin etmir. Belə olduğu halda sistem yalnız skan hi ...

Mark Zuckerberg paylaşılan kontentlər və sosial şəbəkənin qaydalarını pozan mesajların silinməsi üzrə istifadəçilərin şikayətlərinə baxacaq müstəqil komissiyanın yaradılması planından danışıb. “Gələn il biz kontentlər üzrə veilmiş qərarların müstəqil komissiyada şikayət edilməsinin yeni üsulunu yaradacağıq. Həmin komissiyanın yekun qərarları şəffaf və mütləq olacaq” – deyə Zuckerberg bildirib. Bundan əlavə olaraq o qeyd edib ki, komissiyanın müstəqil iş x ...
Rozetked adlı saytın əməkdaşları Google Pixel 3 Lite (Sargo kod adlı) smartfonunun test versiyasını əldə ediblər. Lite versiya xarici görünüşcə Pixel 3 və Pixel 3 XL modellərini xatırladır. Lakin onlardan fərqli olaraq Lite versiya plastik korpusa və stereo səsgücləndiricilərə sahib deyil. Buna baxmayaraq Lite versiya ənənəvi 3.5 mm-lik audiogirişə və USB-C girişinə sahibdir. Beləliklə Google Pixel 3 Lite modeli Full HD+ keyfiyyətli 5.56 inç IPS ekran, Snapdragon ...

Google China şöbəsinin keçmiş rəhbəri Kai-Fu Lee-nin müəllifi olduğu “AI Super-Powers” kitabının əsas ideyaları ilə sizləri tanış edirəm. Müəllif öz kitabında süni zəka imkanlarından, onun gələcəyə təsirindən, Çin ilə Silikon Vadisi arasındakı rəqabətdən və Çinin süni zəka sahəsindəki inkişafını qiymətləndirməməyin heç də düzgün olmadığından danışır. Günümüzdə süni zəka sürətlə inkişaf edir. Bir çoxları bu inkişafın nəyə gətirəcəyini, gələcək peşələrə ne ...

Görünür, gələn il Huawei şirkəti əyilə bilən smartfonlar sahəsində Samsung-un əsas rəqibinə çevriləcək. Belə ki, yayılmış məlumatlara əsasən Huawei şirkətinin ilk əyilə smartfon modeli 8 inç ekranla təchiz olunacaq. Bu isə Samsung şirkətinin bu ay təqdim etdiyi əyilə bilən smartfon prototipinin ekran ölçüsündən (7.3 inç) böyükdür. Əyilə bilən smartfon BOE şirkəti tərəfindən istehsal edilən ekranlarla təchiz olunacaq. Qeyd etmək laızmdır ki, həmin şirkət həmçinin H ...