Sharp şirkəti iki çıxıntı hissəli ekrana sahib Aquos R2 Compact smartfonunu təqdim etdi (VİDEO)



    Sharp şirkəti keçən ilki Aquos R Compact modelinin (ekran üzərində çıxıntı hissəyə sahib ilk smartfon modellərindən biri) yeni versiyası olan Aquos R2 Compact-ı təqdim edib. Bu dəfə şirkət daha da irəli gedərək ekran üzərində iki çıxıntı hissə yerləşdirib. Bundan əlavə olaraq smartfon həmçinin flaqman texniki göstəricilərinə sahibdir. Ölçü baxımından Aquos R2 Compact keçən ilki modeldən heç də fərqlənmir. Lakin bununla belə yeni smartfonun ekran ölçüsü böyüyüb. Belə ki, Aqous R2 Compact modeli Full HD+ keyfiyyətli 5.2 inç ekrana sahibdir və ekran Gorilla Glass 3 qoruyucu şüşə ilə əhatə olunub.


    Bu cür ekran ölçüsünə smartfonun aşağı hissəsinin çərçivəsinin nazikləşdirilməsi və həmin yerdə yerləşən çıxıntı hissəyə barmaq izi skanı texnologiyasının yerləşdirilməsi ilə nail olunub. Keçən ilki model orta səviyyəli Snapdragon 660 prosessoru ilə təchiz olunmuşdu. Lakin Aqous R2 Compact modeli 8 nüvəli Snapdragon 845 prosessoruna sahibdir. Mobil cihazlar bazarında kameraların saylarının artması trendinə baxmayaraq Sharp şirkətinin yeni cihazı 1 ədəd arxa kameraya və 1 ədəd ön kameraya sahibdr.


    Belə ki, smartfon f/1.9 diafraqmalı 22.6 MP-lik arxa kamera və f/2.2 diafraqmalı 8 MP-lik ön kamera ilə təchiz olunub. Bununla yanaşı kameralar vasitəsilə çəkilmiş fotoların keyfiyyətlərinin artırılması üçün süni zəka texnologiyasından və xüsusi alqoritmlərdən istifadə olunur. Digər texniki göstəricilərə gəldikdə isə smartfon Adreno 630 qrafik sürətləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və sürətli enerji yığma özəllikli 2500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Aqous R2 Compact smartfonu gələn il satışa çıxacaq və yalnız Yaponiya bazarında satılacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar