İntellektual mülkiyyət üzrə ümumdünya təşkilatın (WIPO) məlumatlar bazasında Samsung şirkətinin müxtəlif ekran dizaynlı smartfon patentləri aşkar edilib. Patent fotolarından belə qənaətə gəlmək olar ki, bu, müxtəlif dizaynlara sahib bir smartfon modeli olacaq. Patentdəki bütün dizayn variantlarındakı smartfon ön kamera üçün kiçik dairəvi hissəyə sahibdir. Həmin hissə ön panelin yuxarı sol yerində yerləşir. Digər dizayn variantları isə öz aralarında gövdənin, ekranın dairəvi olması və digər cüzi dəyişikliklər ilə fərqlənir. Məlumata əsasən patentdəki fotolar Galaxy S10, S10+ və S10 Lite modellərinə aiddir. Qeyd etmək lazımdır ki, Galaxy S10 flaqman seriyasının təqdimatı gələn ilin Fevral ayında keçiriləcək MWC 2018 tədbirində gözlənilir.