Salam Aleykum dostlar
Mikrotikdə nece qovluq paylaşmaq olar və bunun üstünluyü nədədir?
Mikrotiklə necə qovluq (folder sharing ve ya SMB setting) paylaşmaq və yaxud fayllarnızı o qovluqda nece saxlamaq üçün bir video düzətdik ve sizlərlə paylaşırıq.
Amma öncə nədəni barədə danışaq.
Çoxlarımızın başına gelen bir hadisə ki, kompyuterimizin sərt diski xarab olduqda fayllarınızı (şəkilləriimizi, senedlerimizi və s.) itiririk.
Belə xoşa gəlməz hadisə ilə qarşılaşmamaq üçün müxtəlif üsullar var. Fayllarımızın nüsxələrini internet üzərindən Google Diskə və yaxud və s. serverleye yükləyərək və lazım gəldikdə isə həmən serverlərdən fayllarımızı yükləyirik. Mikrotik SMB Setting funksiyası isə bizə evdə və yaxud ofislərmizdə fayıllarımızı internet bağlantısı olmadan nusxələməyə imkan yaradır. Fayl serverdən fərqi isə bunadır ki fayıllarımızı saxlamaq üçün elavə serverə ehtiyac yoxdur və fayl serverdə olduğu kimi birbaşa fayllarımızı açıb redaktə edə bilərik kompyuterimizə yükləmədən. Mikrotik 2TB qədər yaddaş kartlarını dəstəkləyir.