Samsung və LG gələn ilki smartfonlarında səs yayan ekranlardan istifadə edəcəklər (VİDEO)



    Bir neçə müddət bundan öncə Samsung şirkəti SID 2018 tədbirində özünün səs yayan ekranını göstərmişdi. Həmin ekranda səsgücləndiricilər yoxdur. Səs adi səsgücləndiricinin yerinə vibrasiya və sümük keçiriciliyi köməyi ilə ötürülür. Beləliklə bu halda adi səsgücləndiricilərin lazım olmadığına görə ekranın yuxarı və aşağı çərçivələrini daha da nazikləşdirmək olar. Bunun sayəsində isə ekranın cihaz üzərindəki sahəsini böyütmək olar.

    İndi isə məlum olub ki, Samsung və LG şirkətləri sözügedən texnologiyanı gələn ilki smartfonlarında istifadə edəcəklər. Samsung şirkətinin gələn ilki smartfon modellərində istifadə etməyi planlaşdırdığı səs yayan ekranın ölçüsü 6.2 inç-dir. Beləliklə şirkət böyük ölçülü ekranı Galaxy S10-un kompakt korpusuna yerləşdirə bilər. Buna baxmayaraq smartfon yuxarı hissədə kamera və ötürücüləri özündə birləşdirəcək nazik çərçivəyə sahib ola bilər. Lakin səsgücləndiricinin olmaması faktoru həmin çərçivənin daha da nazikləşdirilməsinə gətirib çıxaracaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar