Facebook şirkəti iOS və Android əməliyyat sistemləri vasitəsilə çalışan cihazlar üçün Lasso adlı tətbiqi istifadəyə verib. Bu tətbiq mahnılar və rəqslərlə birlikdə 15 saniyəlik videolar çəkməyə və həmin videoları digər istifadəçilər ilə bölüşməyə imkan verir. Şirkətin yeni tətbiqi bu il bütün dünyada məşhurluq qazanmış TikTok adlı tətbiqə rəqib olmalıdır. Lasso üçün böyük sayda musiqilər və videoların redaktə olunması üçün alətlər təqdim olunub. Lasso vasitəsilə həmçinin videolara müxtəlif filtrlər əlavə etmək və ya videoların sürətlərini azaltmq olar.
Tətbiqdə həmçinin digər video yaradıcılarına abunə olmaq və hashtaglər vasitəsilə istifadəçini maraqlandıran müxtəlif mövzulu videoları axtarmaq olar. TikTok-da olduğu kimi Lasso-da da günün ən yaxşı müəllifləri səhifəsi var. Lasso uzun müddət beta rejimində çalışdığı üçün tətbiqdə artıq çoxlu sayda istifadəçi var. Sözügedən tətbiqdə Facebook və ya Instagram vasitəsilə qeydiyyatdan keçmək olar. Lasso-da yaradıılmış videoları həmçinin Facebook Stories-də paylaşmaq mümkündür. Yaxın zamanda videoları həmçinin Instagram Stories-də də paylaşmaq mümkün olacaq.