Game Design nədir? Bu sənətə necə sahib olmaq olar?



     İstər mobil cihazlarda istərsə də masa üstü kompüterlərimizdə həyatımızın müəyyən yaşlarında oyun oynamışıq. Mövzu əyləncə olduqda metroda gedən zaman, asudə vaxtlarda və biraz daha irəli getsək bütün yay boyu oyun oynayan dostlarımız var. Bəlkə də elə siz özünüz oyun həvəskarısınız. Təbii ki, "gamer"lərin bu işdə yeri ayrıdır. Sözün əsl mənasında bu adamların işi bütün günü oyun oynamaqdır. Bəs sizə bu işin görünməyən tərəfləri haqqında danışsaq? Bir oyunun ərsəyə gətirilməsi üçün nələrin lazım olduğu haqqında və sadəcə bir peşəyə sahib olmaqla müasir dövrdə rəqəmsal iqtisadiyyatın yaxşı qazanan bir fiquruna çevrilmək haqda danışsaq necə?

    Bugünki mövzumuzun əsasında oyun dizaynerləri dayanır. Bütün gördüyümüz oyunların qrafikalarını ərsəyə gətirən, sözün əsl mənasında incəsənət adamlarından danışacağıq. İlk öncə bir oyunun ərsəyə gətirilməsi prosesini qısa olaraq şərh edək. Asanlıqla oynadığımız bu oyunların hazırlanması çox uzun çəkən bir prosesdir (nə qədər bizə asan görünsə də). Qrafikaların hazırlanması üçün aylarla vaxt sərf edən oyun dizaynerlərindən tutmuş, bu işin kod tərəfini yazan tərtibatçıların (developerlərin), eyni zamanda musiqi bəstələyən orkestrların da bu işdə böyük əməyi var. Təbii ki, oyunun ssenarisinin hazırlanması təmamilə başqa bir prosesdir. Ssenari hazırlanandan sonra ilk iş oyunda iştirak edən personajların və ərazilərin, qrafik rəssamlar tərəfindən ilkin görüntülərinin hazırlanmasıdır. Olduqca kreativlik tələb edən bu iş, bir oyun yaratmaq üçün lazım olan əsas mərhələlərdən biri hesab olunur. İlkin olan müəyyən cizgi-qrafik şəklində hazırlanan personajlar növbəti mərhələdə 3D modelləmə üçün oyun dizaynerlərinin əlinə keçir.     

Çəkilmiş personajların "digital mockup"ının hazırlanması müxtəlif tətbiqlərlə həyata keçirilə bilir. 3D modelləmə prosesində əsas iş məhz oyun dizaynerlərinin (game designer) üzərinə düşür. Həftələrlə və bəzən aylarla çəkən bu prosesin hazır olma müddəti oyunun ssenarisindən və janrından çox asılıdır. Böyük oyun yaradıcı firmaların (Ubisoft, EA və s.) "game design" şöbələrində çoxlu sayda adam çalışır.    Müasir dövrdə artıq qrafik tabletlərin (wacom) köməyi ilə bu iş daha asan və əyləncəli hala gəlmişdir. Qısa olaraq şərh etsək oyun dizaynerlərin əsas işi, verilən tapşırığa (ssenariyə) uyğun olaraq personaj və xəritələri hazırlamaqdır. Eyni zamanda animasiyalar yaratmaq və personajları canlandırmaq. Növbəti mərhələdə sözügedən qrafikləri hərəkətli hala gətirmək və personajların müəyyən tapşırıqları icra etmələrini təmin etmək  üçün iş, tərtibatçıların ( developer-lərin) önünə gəlir. Bugün haqqında danışdığımız mövzu oyun dizaynerləri olduğu üçün çərçivədən çıxmaq istəmirik. Gələk əsas məsələyə.

Bir oyun dizayneri illik nə qədər qazanır və necə oyun dizayneri olmaq olar? 

    Orta statistik bir amerikalı gənc oyun dizaynerinin illik ortalama qazancı 85.000$-dan bir qədər artıqdır. Oyun bazarı əyləncə sektoruna aid edildiyi üçün dünyanın ən gəlirli sahələrindən biri hesab olunur. Təbii, bunun hələ kiber-idman tərəfi də var. Bazar böyük olduğundan bu işə - təlabat da olduqca böyükdür. Yenə, qlobal bir peşə məsələsinə gəlirik. Siz sadəcə oyun dizayneri olmaqla dünyanın istənilən oyun firmasında özünüzə yer tapa bilərsiniz. Təbii ki, əgər tələb olunanları bilirsinizsə. Aha, yaxşı mövzudur. Bir oyun dizayneri nələri bilməlidir? İnkişaf etmiş ölkələrdə eləcə də bizə yaxın olan qonşu Türkiyənin universitetlərində oyun dizaynı üçün fakultələr mövcuddur. Bu fakutələrdə təhsil alan tələbələr gələcək üçün parlaq planlar qura bilərlər. Ümumiyyətlə qlobal mənbələrdə də yer alan məlumatlara görə bir oyun dizayneri, yaxşı işə sahib olmaq üçün aşağıdakı mərhələrərdən keçməlidir.

  • Təhsil (Dərəcə)
  • Sertifikat
  • Təcrübə
  • Bacarıq

    İlk iki mərhələ bu işin olmazsa olmazıdır. Hər işdə lazım olduğu kimi bu işin əsasında da təhsil durur.

    Bacarıq mövzusunda isə böyük şirkətlərin bir nömrəli tələbi məhz kreativlikdir. Özünü dizayner olaraq görən bir şəxs kreativlikdən yoxsun ola bilməz. Böyük komanda da çalışacaqsınızsa sizə mütləq komanda ilə uzlaşma bacarığı da lazım olacaq. Bu isə elə də çətin məsələ deyil. Ümumi olaraq dəyərləndirsək, yaxşı bir oyun dizayneri olmaq üçün yaxşı təhsilə və bunu tətbiq edəcək bir neçə işə ehtiyacınız var. Məhz belə olan halda siz karyeranızda irəliləyiş əldə edə biləcəksiniz.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar