Facebook, baxılmış reklamlara görə istifadəçilərə ödəniş etmək üçün öz kriptovalyutasını yaratmağı düşünür. Bu barədə Wall Street Journal öz səhifəsində məlumat verir.![]()
Beləliklə, Facebook rəhbərliyi istifadəçiləri həvəsləndirmək üçün reklamla pul qazandırmaqla kifayətlənməyib hətda sayt üzərindən alış-veriş imkanları yaradacaq.![]()
Dərc olunan məlumata görə, Facebook nümayəndələri Visa və Mastercard ilə öz kriptovalyutasının yaratmagı və inkişafını müzakirə edirlər. Bu iş artıq bir ildən artıqdır davam edir - layihə Project Libra adlanır. WSJ tərəfindən qeyd edildiyi kimi, 1 milyard dollara qədər investisiya yatırıla bilər.
İnternet nəhənginin ödəmə sistemini yaratmagı 2018-ci ilin sonlarında məlum oldu. Ehtimal onunurdu ki ödəmə Facebook Messenger və Whatsapp üzərindən yerinə yetiriləcək.
Mayın 1-də Facebook sahibi Mark Zukerberq FB5 adlanan yeni sosial şəbəkə dizaynını təqdim etdi. Ən gözə çarpan isə dizaynın göy rəngdə yox açıq mavi rəngdə olmasıdır.