50 milyon Facebook istifadəçisinin özəl məlumatlarının oğurlanmasından sonra şirkətin səhm qiymətləri 3% aşağı düşmüşdü. İndi isə bu hadisə ilə bağlı sosial şəbəkə 2 milyard dollara yaxın cərimə əldə edə bilər. Cərimənin səbəbi kimi sosial şəbəkənin təhlükəsizlik sistemindəki boşluqdur. Həmin boşluqdan istifadə edərək hackerlər 50 milyon istifadəçinin məlumatlarını oğurlayblar. Bunun üçün hackerlər Facebook-un "View As” funksiyasından istifadə ediblər.
Facebook-un Avropa üzrə işinə İrlandiyanın məlumatlar üzrə təhlükəsizliyi komissiyası nəzarət edir. Komissiya artıq baş vermiş hadisənin hansı miqyasda olduğunu və məlumatları oğurlanmış avropalı istifadəçilər barədə məlumatı şirkətdən tələb edib. Əgər komissiya təyin etsə ki, şirkət Avropa Birliyinin vətəndaşlarının özəl həyat toxunulmazlığı qanunu pozub, şirkət 1.63 milyard dollar cərimə ödəyəcək. Bu qanun GDPR (General Data Protection Regulation) kimi tanınır və bu ilin May ayından bəri qüvvəyə minib.