Apple şirkəti 2016-cı ildə baş vermiş təyyarə qəzasında günahlandırılır



    2016-cı ildə EgyptAir təyyarəsinin daxilində baş vermiş yanğın səbəbilə baş vermiş qəza nəticəsində həlak olmuş insanların ailə üzvləri Apple şirkətini məhkəməyə veriblər. Onların məhkəmə iddialarında bildirilib ki, təyyarə daxilindəki yanğın məhz Apple şirkətinin cihazlarından birinin qızaraq alışıb yanması səbəbilə baş verib. Qeyd etmək lazımdır ki, təyyarə daxilində baş vermiş yanğının rəsmi səbəbi hələ də bilinmir.

    Mümkün olan qəza səbəbinin variantları arasında partlayıcı maddə, pilot kabinindəki elektronika panelinin alışıb yanması və pilotun öz iPad ilə iPhone 6s cihazlarının saxladığı yerdə yanğının baş verməsi var. Məhkəmə iddiasını qaldırmış şəxslər qəzanın baş vermə səbəbi kimi məhz sonuncu versiyanı göstərirlər. Belə ki, pilotlar təyyarənin elektronika panelinin üzərinə heç bir əşya qoymurlar.

    Belə olduğu halda təyyarə havaya qalxarkən həmin cihazlar yerə düşə və ya turbulentlik anında sadəcə olaraq kabin daxilində havada qala bilərlər. Bununla belə həmin qəzada vəfat etmiş şəxslərin maraqlarını qoruyan hüquqşünaslar bildiriblər ki, onlar Apple şirkətini bu məsələdə məsuliyyətə cəlb etmək üçün yetəri qədər sübutlara sahibdirlər. Apple şirkəti isə bu fikri təkzib edən bəyanatlarını artıq bir neçə saytda dərc etdirib. Bundan əlavə olaraq şirkət bu hadisə ilə bağlı istintaqa öz bütün yardımını verməyə hazırlıqlı olduğunu bildirib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar