Facebook'dakı texniki xətaya görə 14 milyon istifadəçinin gizli paylaşımları hamı üçün görünən olub



    Facebook ayarlarının test yoxlanışı zamanı baş vermiş texniki xəta nəticəsində 14 milyon istifadəçinin yalnız müəyyən kateqoriya istifadəçi üçün görünə biləcək paylaşımları public şəklində hamıya görünüb. Bu barədə şirkət özü bildirib. O həmçinin qeyd edib ki, bu texniki xəta artıq aradan qaldırılıb. Sözügedən hadisə 18-27 May tarixləri arasında baş verib. Şirkət həmin xətanın aradan qaldırılması üçün 5 gün vaxt sərf edib. Lakin yerdə qalan paylaşımları yenidən gizli etmək yalnız 27 May tarixində mümkün olub.


    Adətən istifadəçi hansısa paylaşımı paylaşmazdan öncə sosial şəbəkə həmin paylaşımı hansı istifadəçi kütləsi ilə paylaşmaq seçimini təqdim edir. Əgər əvvəlki paylaşımlar “yalnız dostlar üçün” olubsa deməli yeni paylaşımlar da həmin kateqoriya insanlar üçün olacaq. Lakin yaranmış sistem xətası nəticəsində hətta köhnə paylaşımların müəyyən kateqoriya insanlar üçün görünməsi halında belə yeni paylaşımlar hamı üçün görünən olublar. Şirkət bu problemlə qarşılaşmış bütün istifadəçilərə bu məsələ ilə bağlı bildiriş göndərib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar