Apple şirkətinin iPhone X modelini istifadə etmiş şəxs bildirib ki, onun smartfonu iOS 12.1 əməliyyat sistemi yenilənməsindən sonra partlayıb. Apple Support isə həmin şəxsə bildirib ki, bu, smartfon üçün olan təbii hal deyil. ABŞ-ın Vaşinqton ştatında yaşayan şəxs 10 aylıq problemsiz iPhone X smartfonunun istifadəsindən sonra bildirib ki, onun smartfonu iOS 12.1 əməliyyat sistemi yenilənməsindən sonra tüstülənib və nəticədə partlayıb.
Sistem yenilənməsi zamanı smartfon şarj prosesində olub. Belə ki, şirkət özü tələb edir ki, əməliyyat sistemi yenilənməsi zamanı smartfon şarj olunmalıdır. Lakin smartfon yenilənmədən sonra aktiv edilib və daha sonra ondan tüstü çıxmağa başlayıb. Nəticədə isə iPhone X partlayıb. iPhone X-i istifadə etmiş şəxs həmçinin qeyd edib ki, o, orijinal şarj cihazından və naqilindən istifadə edib. Buna baxmayaraq partlayış məhz smartfonun şarj prosesindən sonra baş verib. Apple şirkəti baş vermiş hadisə ilə bağlı istintaq aparır.