Apple ilə Samsung arasındakı 7 illik patent müharibəsi sonunda yekunlaşdı



    Apple şirkəti ilə Samsung arasında uzun illər ərzində hökm sürmüş patent müharibəsi mövzusunda sonunda ortaq razılaşma əldə olundu. Qeyd edək ki, Apple şirkəti Samsung-u iPhone dizaynının oğurlanmasında günahlandırırdı. Ortaq razılaşma Kaliforniya ştatının məhkəməsində baş tutub. Məhkəmə qərarının şərtləri barədə məlumat verilmir. Apple şirkətinin təmsilçisi qeyd edib ki, bu mübahisə böyük miqdarda pul təzminatının alınmasından daha böyük xarakter daşıyırdı. Samsung şirkəti isə bu məsələdə fikir bildirməkdən imtina edib.

    Bu ilin May ayında Kaliforniya ştatının məhkəməsi Apple şirkətinin tərəfini tutmuşdu. Məhkəmə hakimi belə qərara gəlmişdi ki, Samsung öz smartfonlarının istehsalı zamanı Apple şirkətinin 3 patentini pozub. Daha iki  patent pozuntusu isə smartfonların texnoloji özəllikləri ilə bağlıdır. Həmin vaxtda məhkəmə qərar vermişdi ki, Samsung Apple şirkətinə 539 milyon dollar təzminat ödəməlidir. Lakin 2015-ci ilin Dekabr ayında Samsung artıq Apple şirkətinə 548 milyon dollar dəyərində təzminat ödəmişdi. Onlardan 399 milyon dolları Kaliforniya məhkəməsi tərəfindən təyin olunmuş patent pozuntuları üçün nəzərdə tutulurdu. Faktiki olaraq bu ilin May ayında şirkət 140 milyon dollar ödəməli idi.


    Qeyd etmək lazımdır ki, bu mövzu ətrafında iki şirkət arasındakı mübahisə 2011-ci ildən bəri gedirdi. Apple şirkəti Samsung-u Galaxy smartfonlarının istehsalı zamanı dizayn və texnoloji özəllik patentlərinin pozulmasında günahlandırırdı. Təzminatın dəyəri barəsindəki mübahisə nəticədə ABŞ-ın Ali Məhkəməsinə kimi gedib çatdı. Ali Məhkəmə isə öz növbəsində qərar çıxartmışdı ki, Samsung şirkəti satdığı bütün smartfonlardan əldə olunmuş gəlirin tam hissəsini ödəməli deyil. Belə ki, Samsung bütün cihazı deyil, yalnız onun dizaynının ayrı-ayrı elementlərini kopyalayıb. Apple və Samsung şirkətləri smartfon bazarında lider şirkətlərdir. 2017-ci ildə Apple 215.8 milyon ədəd smartfon, Samsung isə 317.7 milyon ədəd smartfon satmışdır. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
undetected Valorant hacks