Google şirkəti istifadəçi məlumatlarının saxlanması üçün nəzərdə tutulmuş Google Drive bulud servisini bağlayır və onun yenilənmiş versiyası olan Google One servisini istifadəyə verir. Bu barədə Techcrunch saytı xəbər verib. Şirkət Google Drive istifadəçilərini yeni servisə tədricən keçirdəcək. Bununla belə yeni bulud servisində məlumatlar üçün saxlanma yerlərinin qiymətində enmələr baş verəcək.
Beləliklə yeni servisdə 100 GB-lıq yer üçün aylıq abunəlik haqqı 1.99$, 200 GB-lıq yer üçün aylıq abunə haqqı 2.99$, 2 TB-lıq yer üçün aylıq abunə haqqı isə 9.99$ təşkil edəcək. Yeni servisin əsas üstünlüklərindən biri də dəstək xidmətinin əsl əməkdaşları ilə əlaqə saxlamaq imkanı olacaq. Onlar bütün tarif plan istifadəçiləri üçün 7/24 aktiv olacaqlar. Onu da qeyd etmək lazımdır ki, yeni servisdə də pulsuz 15 GB-lıq yer tarifi olduğu kimi qalacaq. Bundan əlavə olaraq şirkət pullu abunəçilərə müxtəlif endirimlər də təqdim edəcək.