Növbədə YouTube-dur: Videoservisdə məşhur kanallara abunəlik aylıq ödəniş əsaslı olacaq



    YouTube videoservisi məşhur kanallara abunəliyi aylıq ödəniş əsaslı edəcək. 100.000-dən çox abunəçisi olan videobloqqerlər aylıq abunəçilik haqqının 4.99$ təşkil edəcəyi fan-klublar yarada biləcəklər. Bununla yanaşı aylıq abunə haqqından əlavə vəsait ödəyəcək istifadəçilər həmdə əlavə özəlliklərə sahib olacaqlar. Plana əsasən kanallardakı “Subscriptions” bölməsi “Channel Memberships”ə çevriləcək.

    Əlavə ödəniş edildikdə əldə olunacaq xüsusi özəlliklər qismində isə eksklüziv kontentlər çıxış edəcəklər. Videobloqqerlər üçün bu cür vəsait qazancı funksiyaları YouTube əməkdaşları tərəfindıən VidCon konfransında anons olunub. Bununla yanaşı bildirilib ki, yeni funksiyanın beta test mərhələsi uğurla yekunlaşıb. Aylıq abunə haqqı əsaslı abunəçilik sxemi sosial platformalarda getdikcə daha da çox yayılır. Belə ki, dünən verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Facebook-da qrup adminləri öz qruplarına abunəliyi aylıq ödəniş əsaslı edə biləcəklər.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar