YouTube özünün musiqi servisini istifadəyə verməyi qərarlaşdırıb. O, Apple Music və Spotify servislərinə bənzəyəcək. YouTube Music servisi 22 May tarixindən istifadəyə veriləcək. Həmin servisin istifadəçiləri ondan pulsuz istifadə edə biləcəklər. Lakin bu halda onlar reklamlar ilə barışmalı olacaqlar. Reklamları aradan qaldırmaq, fon rejimində musiqilərə qulaq asmaq və istənilən musiqini yükləmək imkanını əldə etmək üçün YouTube Music servisi Premium abunəlik təklif edəcək.
Premium abunəliyin aylıq haqqı isə 9.99$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu bazarda lider olmaq cəhdlərini edib. Buna misal olaraq Google Play Music və YouTube Red servislərini gətirmək olar. Şirkət ümid edir ki, YouTube Music sadalanmış digər servislərdən daha uğurlu olacaq. YouTube Music 22 May tarixindən etibarən ABŞ, Avstraliya, Yeni Zelandiya, Meksika və Cənubi Koreyada istifadəyə veriləcək. Daha sonra isə servis əlavə 14 ölkədə də aktiv ediləcək.