Facebook bloqundakı məlumata əsasən sosial şəbəkədəki qrup adminləri bundan sonra qrup üzvlərindən qrupdakı kontentlərə görə aylıq abunəlik tələb edə biləcəklər. Aylıq abunə haqqı 4.99-29.99$ təşkil edəcək. Bu yeni funksiyadan ilk istifadə edəcək şəxslər kulinariya, uşaqların tərbiyəsi və ev təmizlikləri mövzularına aid qrup adminləri olacaqlar. Qrupun yaradılması həmişəki kimi pulsuz olaraq qalacaq. Lakin müəyyən müddətdən sonra adminlər ödəniş əsaslı premium altqruplar yarada biləcəklər. Facebook təmsilçilərinin fikrincə qrupdakı üzvlüyə görə aylıq abunə funksiyası qrupları daha da xüsusi edəcək.
Lakin bu həmdə bir çox istifadəçiləri həmin qruplardan kənarlaşmasına gətirib çıxara bilər. Qrupların adminləri həmin qrupların inkişafları üçün öz dəyərli vaxtlarını ayırırlar. Onlar öz işlərini daha diqqətlə yerinə yetirə və bunun müqabilində mükafatlar qazana bilərlər. Bu üsulla əldə olunacaq vəsaitlər həmçinin yeni kontentlərin yaradılmasına da yönələ bilər. Qeyd etmək lazımdır ki, ödəniş əsaslı üzvlük özəlliyi hələki sosial şəbəkənin mobil versiyasında test rejimində çalışır. Facebook isə öz növbəsində əldə olunmuş vəsaitlərdən faiz götürməyəcək. Bu, Facebook qruplarının gəlir sistemi əldə etmələri yolunda ilk addımdır. Belə ki, həmin qruplar xəbər portallarından fərqli olaraq reklam yerləşdirilməsindən o qədər də böyük vəsait əldə etmirlər.