Xiaomi şirkətinin bilinməyən yeni smartfonunun fotoları sızdırılıb



    Xiaomi şirkəti Mi 8 flaqman modelinin təqdimatına hazırlaşır. Lakin internetdə şirkətin hələki bilinməyən yeni smartfon modelinin fotoları yayılıb. Sızdırılmış məlumata əsasən fotolarda əks olunmuş cihaz Redmi 6-dır. Lakin buna inanmaq çətindir. Belə ki, bu seriyanın əvvəlki modeli 5 ay bundan öncə satışa çıxmışdır.


    Fotolardan belə qənaətə gəlmək olar ki, yeni smartfonun korpusu metaldan hazırlanıb. Smartfonun ön panelində isə çıxıntı hissəyə sahib ekran yerləşir. Çox güman ki, həmin çıxıntı hissəsində ön kamera, danışıq üçün səsgücləndirici və ötürücü var. Smartfonun arxa panelində şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera, işıqlandırma sistemi və barmaq izi skanı texnologiyası yerləşdirilib.


    Dizayndan əlavə olaraq görmək olar ki, modeli bilinməyən smartfon AOSP (açıq mənbə koduna sahib pulsuz Android versiyası) əməliyyat sistemində çalışır. Bu isə o deməkdir ki, şirkət hələki əməliyyat sistemini sözügedən smartfon modelində test edir. Sızdırılmış məlumatlara əsasən bu smartfon 5.99 inç HD+ ekran, Snapdragon 625 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu göstəricilər bir neçə müddət bundan öncə Geekbench testində ortaya çıxmış Xiaomi E6 modelinin göstəriciləri ilə üst-üstə düşür. Yeni Xiaomi modelini artıq yaxın müddətdə təqdim etməlidirlər. Onun təqribi qiyməti isə 150-180$təşkil edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar