Bir neçə müddət bundan öncə internetdə güman olunan Nokia 9-un fotosu yayılmışdı. Yayılmış fotoda əks olunmuş smartfon modelinin arxasında çoxlu sayda kamera vardı. Lakin buna baxmayaraq həmin foto keyfiyyətsiz idi. İndi isə sözügedən smartfonun yeni və keyfiyyətli fotosu internetdə yayılıb. Beləliklə yayılmış yeni fotodan da görmək olar ki, smartfonun arxa panelində 5 ədəd Zeiss markalı kamera, işıqlandırma sistemi və lazer avtofokusu var.
Bundan əlavə olaraq smartfonun arxa panelində bəzi məlumatların əks olunduğu stiker də var. Beləliklə bu smartfon TA-1094 kod adına və iki SIM kart girişinə sahibdir. Təəssüflər olsun ki, smartfonun texniki göstəriciləri barəsində məlumatlar çox azdır. Məlumata əsasən smartfon Qualcomm şirkətinin flaqman prosessoru (çox güman ki, Snapdragon 855) və LG şirkətinin istehsalı olan OLED ekranla təchiz olunacaq. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyasının birbaşa ekrana inteqrasiya olunacağı güman edilir.