Android'in yaradıcısı Andy Rubin özünün Essential şirkətini satmağa hazırlaşır



    Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin tərəfindən yaradılmış və smartfon istehsalı ilə məşğul olan Essential şirkəti Essential Phone 2 modelinin istehsalını dayandırıb və şirkətin satılmasını müzakirə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkət öz ilk smartfonu olan Essential Phone modelini keçən ilin Avqust ayında satışa çıxartmışdı.

    Bloomberg-in verdiyi məlumata əsasən Essential Phone 2-nin istehsalı dayandırılıb və onun üzərində çalışan komanda hal-hazırda evlər üçün ağıllı cihaz üzərində çalışır. Məlumata əsasən Andy Rubin-in şirkəti üçün potensial alıcı axtarışı ilə Credit Suisse şirkət məşğuldur. Keçən ilin İyun ayında şirkət 300 milyon dollar investisiya cəlb etmişdi və 1 milyard dollar dəyərində qiymətləndirilirdi. Andy Rubin bütün şirkəti satmağı planlaşdırır.


    Yəni satışa həmçinin patentlər, cihazlar, satışa hələ çıxmamış ev üçün olan ağıllı cihaz və dəyişdirilə bilən kamera modulu da daxildir. Bundan əlavə olaraq şirkət Essential brendi altında cihaz istehsalı üçün kənar istehsalçı ilə də müqavilə bağlaya bilər. Məlumata əsasən Andy Rubin şirkət əməkdaşlarına xüsusi məktub göndərib. Həmin məktubda o, şirkət üçün investor və potensial alıcı axtarışında olduğunu bildirib. Beləliklə o, Essential şirkətini bağlamağı planlaşdırmır. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar