Android'in yaradıcısının yeni smartfonu istifadəçinin adından zənglərə və mesajlara cavab verəcək



    Adroid-in yaradıcısı Andy Rubin insanların xoşuna gələcək smartfon istehsalı fikrindən daşınmaq niyyətində deyil. Onun əvvəlki cəhdi uğursuzluqla nəticələndi. Yeni məlumatlara əsasən növbəti cəhdində Andy Rubin süni zəkaya və səsli idarəetmə texnologiyasına üstünlük verəcək. Andy Rubin ümid edirdi ki, onun satışa çıxartdığı Essential Phone smartfonu Samsung və Apple şirkətlərinin ciddi rəqibi olacaq. Lakin sözügedən smartfonun satışları uğursuz oldu. Buna baxmayaraq onun şirkəti ağıllı səsgüclədnrici ilə birlikdə Essential Phone smartfonunun təkmilləşdirilmiş versiyasını satışa çıxartmağı planlaşdırırdı. Lakin görünür, planlar dəyişdi.

    Belə ki, bəzi mənbələrin verdikləri məlumatlara əsasən Rubin-in şirkəti yeni model smartfonun yaradılması səbəbilə kənar məhsulların istehsalını dayandırıb. Şirkətin ilk smartfonu olmuş Essential Phone-nun uğursuzluğunun əsas səbəbi onda idi ki, o, digər smartfonlardan heçnə ilə fərqlənmirdi. Yeni smartfonu isə mobil cihazlar bazarındakı dizayn trendinə əks istiqamətdə hazırlamaq qərara alınıb. Məsələn, məlumata əsasən şirkətin yeni smartfon modeli böyük ekrana sahib olmayacaq. Lakin bu, hamıdan fərqlənmək üçün qəbul edilmiş bir qərar deyil. Balaca ekrana keçidin əsas səbəbi ondan ibarətdir ki, yeni smartfonda idarəetmə sistemi səs vasitəsilə reallaşdırılacaq.

    Şirkətin fikrincə istənilən funksiyanı səs ilə yerinə yetirmək mümkündürsə, böyük ekrana ehtiyac yoxdur. Ümumilikdə yeni smartfonun bütün konsepsiyası səsin təyin olunması və süni zəka imkanları üzərində qurulacaq. Smartfonun maraqlı funksiyaları sırasında intellektual avtocavablayıcı olacaq. Rubin istəyir ki, onun yaradacağı yeni smartfon öz istifadəçisinin yerinə mesajlara cavab verə bilsin. Bu funksiya barəsində təfərrüatlar bilinmir. Lakin güman olunur ki, smartfon öz sahibinin ünsiyyət tərzini müşahidə edəcək və daxil olan zəngləri onun adından emal edəcək.

    Əvvəlki müsahibələrində Rubin maraqlı konsepsiyanı ortaya çıxartmışdı. Onun konsepsiyasında smartfonlar insanların virtul versiyalarına çevrilir. O güman etmişdi ki, əgər bu konsepsiyanı düzgün istifadə etmək olsa, telefonlardan olan asılılıqdan yaxa qurtarmaq mümkündür. Məsələn siz hardasa nahar edirsiniz və sizin telefonunuzda olan virtual kopyanız sizin əvəzinizə zənglərə və mesajlara cavab verir. Lakin nəzərə almaq lazımdır ki, Siri, Google AssistantAmazon Alexa özlərinə görə nə dərəcədə ağıllı olsalar da Rubin-in yaratdığı konsepsiyaya hələki çata bilmirlər. Buna görə də çətin ki, Rubin yaxın müddət ərzində bu cür özəlliyə sahib smartfon modeli təqdim edə bilsin.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar