Microsoft şirkəti Android ilə çalışacaq smartfon hazırlayır



    Windows Phone dəstəyinin dayandırılmasından 1 il keçəndən sonra məlum oldu ki, Microsoft şirkəti özünün Android əməliyyat sistemli smartfonu üzərində çalışır. Daha öncədən şirkət Windows Phone-nun uğursuzluğunda Apple şirkətini və bəzi Android smartfon istehsalçılarını günahlandırırdı. Bu ilin əvvəlində məlum olmuşdu ki, Microsoft iki ekranlı Surface Phone üzərində çalışır. Layihənin adı isə Andromeda-dır. Çox güman ki, sözügedən cihazı gələn ilin əvvəlində təqdim edəcəklər.

    Lakin ola bilər ki, bu, Microsoft şirkətinin hazırladığı yeganə smartfon modeli deyil. Belə ki, bir neçə müddət bundan öncə internetə şirkət əməkdaşlarından birinin yazışmaları sızdırılmışdı. Həmin şəxs anonim qalmaq istəyib. Onun verdiyi məlumata əsasən hal hazırda Windows Phone komandası Android əməliyyat sistemi əsasında çalışacaq smartfonun hazırlanması ilə məşğuldur. Yeni smartfon seriyası Microsoft-un öz brendi altında satışa çıxarılacaq. Təəssüf ki, bu hal hazırda olan bütün məlumatlardır. Layihənin hansı mərhələdə olması, onun təqdimat tarixi və təqribi qiyməti barəsində hələki heç bir məlumat verilməyib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
YUAN INTERNATIONAL