Jurnalistlərin olmadıqları halda dünyanın aparıcı mediaları ilə rəqabət aparan JXPress adlı startap



    Məşhur Bloomberg saytı FastAlert ödənişli abunəlik özəlliyini özündə birləşdirən xəbər servisi ilə pulsuz xəbərlər aqreqatoru NewsDigest-dən ibarət olan JXPress media startapı haqqında məlumat verib. Baxmayaraq bu startapda bir dənə də olsun müxbir çalışmır və onun komandası yalnız mühəndis və tərtibatçılardan ibarətdir, o artıq dünyanın aparıcı kütləvi informasiya vasitələri ilə rəqabət aparır. Bu rəqabət siyahısına həmçinin Bloomberg-in özü də daxildir.

    JXPress, sosial şəbəkələr ilə süni zəka texnologiyasının birləşməsidir. Startapın təsisçisi Katsuhiro Yoneshige və onun komandası sosial şəbəkələrdə xəbərlərin axtarışı və onların əsasında hesabatların hazırlanmasında machine learning texnologiyasından istifadə edən xüsusi texnologiya hazırlayıblar. Bütün sadalanmış proses yerinə yetiriləndən sonra xəbərlərin bir hissəsi jurnalistlər üçün nəzərdə tutulmuş FastAlert servisinə və ya NewsDigest tətbiqi vasitəsilə istənilən istifadəçiyə göndərilir.


    Bu cür üsulun yüksək operativliyinə nümunıə kimi mütəxəssislər KXDR-ın (Koreya Xalq Demokratik Respublikası) liderinin böyük oğlu Kim Jong Nam-ın ölüm xəbərini gətirirlər. O, 13 Fevral 2017-ci il tarixində qətlə yetirilmişdi. Bu xəbəri Yaponiyanın böyük media agentlikləri tez bir zamanda əldə edə bilməmişdilər. Bu barədə ilk xəbəri isə məhz JXPress startapı vermişdi. Bununla belə xəbərin iri miqyasına baxmayaraq o bu xəbəri öz rəqiblərindən yarım saat tez vermişdi. JXPress-in təsisçisi Katsuhiro Yoneshige-nin sözlərinə görə FastAlert saxta xəbərlərin 99%-ni filtrdən keçirdə bilir.

    Buna misal olaraq o, 2016-cı ilin Aprel ayında Yaponiyanın cənub-qərb hissəsində baş vermiş zəlzələ hadisəsini gətirib. Həmin hadisədən sonra sosial şəbəkələrdə bir pələngin fotoları yayılmışdı. İnformasiya agentlikləri xəbər verirdilər ki, həmin pələng zəlzələ nəticəsində zooparkdan qaçaraq şəhərdə gəzirmiş. Lakin süni zəka tez bir zamanda anladı ki, həmin foto 2013-cü ilə aiddir və o, Cənubi Afrikada çəkilib. Hal hazırda JXPress özünün NewsDigest tətbiqi sayəsində iki dəfə daha çox gəlir əldə edir. 25 May tarixində NewsDigest tətbiqi Yaponiyanın ən məşhur xəbər tətbiqləri kateqoriyasında App Store-da 8-ci yeri tutmuşdu. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar