Məşhur Prisma fotoservisinin yaradıcıları Capture adlı süni zəka sistemli sosial şəbəkə yaradırlar



    Məşhur Prisma fotoservisinin yaradıcıları olmuş və bu ayın əvvəlində şirkətdən getmiş Aleksey Moiseenkov ilə Ayram Ayrapetyan Capture adlı sosial şəbəkəni yaratdıqlarını elan ediblər. Bu barədə Business Insider saytı xəbər verib. Onlar həmçinin bildiriblər ki, layihə artıq ilk investisiya raundunu başa vurub. Capture Technologies şirkəti ilk investisiya raundunda 1 milyon dollar investisiya cəlb edib. İnvestisiya raundunda KPCB, Mail Group, Social Capital, Dream Machine VC və s. şirkətlər iştirak ediblər. Capture sosial şəbəkəsinin necə bir layihə olacağı hələki tam olaraq aydın deyil.

    Business Insider ehtimal edir ki, sözügedən sosial şəbəkədə istifadəçilər bir-biriləri ilə süni zəka vasitəsilə qarşılıqlı əlaqədə olacaqlar. Capture layihəsinin beta test mərhələsi bu ilin payız fəslində baş tutacaq. Onun işə salınması isə gələn ilin əvvəlinə planlaşdırılır. “Baxmayaraq ki, hal hazırda bazarda bir sıra böyük oyunçular var, biz yeni sosial tətbiqlərdə böyük potensial görürük” – deyə Aleksey Moiseenkov bildirib. Qeyd etmək laızmdır ki, bu iki şəxs tərəfindən yaradılmış Prisma fotoservisi 2016-cı ildə işə salınmışdı. İlkin mərhələdə bu layihə neyron şəbəkələri vasitəsilə foto və videoların redaktə olunması üçün nəzərdə tutulmuşdu. Lakin 2017-ci ildə şirkət öz diqqətini biznes üçün həllərin yaradılmasına yönəltdi. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar