Cənubi Asiya bazarında fəaliyyət göstərən Grab taksi servisi yeni investisiya raundu çərçivəsində 2 milyard dollar investisiya cəlb etdiyini bildirdi. 2 milyard dollar investisiya məbləğindən 1 milyard odolları Toyota şirkətinin payına düşür. Toyota şirkətinin bu taksi servisinə investisiya yatırması xəbəri hələ bu ilin İyun ayında yayılmışdı. İnvestisiyanın qalan məbləği isə OppenheimerFunds, Ping An Capital və digər fondlar vasitəsilə yığılıb.
Toyota ilə bağlanmış müqavilədən sonra Grab-ın dəyəri 10 milyard dollar təşkil edirdi. Yeni investisiya yatırımlarından sonra isə onun dəyəri 11 milyard dollar oldu. Grab onu da qeyd edib ki, hal hazırki investisiya raundu hələ bitməyib. Bu isə o deməkdir ki, şirkət əlavə investisiya vasitələri əldə edə bilər. Qeyd etmək lazımdır ki, bu ilin Mart ayında Grab Uber şirkətinin Cənubi Asiya bazarındakı biznesini almışdı. Həmin müqavilə çərçivəsində Uber şirkəti Grab-ın 27.5% səhmini əldə etdi və Uber-in hal hazırki CEO-su Dara Khosrowshahi Grab-ın direktorlar şurasına daxil oldu. Məlumata əsasən Grab taksi servisi 9 ölkənin 225 şəhərdə fəaliyyət göstərir.