Elon Musk-ın şirkəti olan The Boring Company Los Anceles şəhərində yeraltı tunel inşasını demək olar ki, bitirib. Hökumətdən lazımi icazələri alandan sonra insanlar artıq həmin tuneldən istifadə edə biləcəklər. Həmin vaxta kimi isə şirkət yeraltı tunelin ayrı-ayrı texnoloji özəlliklərini test edir. Məsələn tunel daxilində avtomobillərin daşınması məsələsi. Qeyd etmək lazımdır ki, şirkət təkcə Los Anceles şəhərində bu layihəni reallaşdırmayacaq. Belə ki, 14 İyun tarixində məlum oldu ki, Çikaqo hökuməti şəhərin ticarət mərkəzi ilə O’Hara hava limanı arasındakı yeraltı tunel inşasına icazə verib. Həmin tunel sayəsində sərnişinlər hava limanından şəhərə 12 dəqiqə ərzində çata biləcəklər. Bilet qiymətləri isə 20-25$ təşkil edəcək. İlk öncə Musk bu layihəni avtomobil sahibləri üçün nəzərdə tutmuşdu. Lakin bu il o, layihənin konseptini dəyişərək əsas diqqəti piyadalara yönləndirdi.