Elon Musk: 'Tesla pilotsuz taksi sahəsini ələ keçirəcək'



    Tesla şirkəti üçün gəlir baxımından rekord olmuş üçüncü rübün nəticələrinin təqdim olunduğu konfransda Elon Musk bildirib ki, Tesla pilotsuz taksilər sahəsində lider şirkət olma potensialına sahibdir. Onun sözlərinə əsasən Tesla mütəxəssisləri tərəfindən hazırlanan təkmilləşdirilmiş avtopilot sistemi rəqib şirkətləri şanssız qoyacaq. “Uzunmüddətli perspektivdə Tesla şirkəti pilotsuz taksi sahəsində ən güclü rəqabətcil mövqeyə sahibdir” – deyə Musk bildirib.

    Şirkət artıq öz elektromobil modelləri üçün bu mövzu barəsində yenilənmiş proqram təminatını təqdim edib və avtopilot imkanlarını bir qədər genişləndirib. Bundan əlavə olaraq Tesla şirkəti özünün süni zəka çipini də hazırlayır. Bu çip Tesla avtomobillərinin tamamilə pilotsuz səviyyəyə çatmalarına yardımçı olacaq. Çox güman ki, həmin çipin istifadəyə verilməsi ilə pilotsuz taksi sahəsinin formalaşması başlayacaq. “Biz tamamilə əminik ki, nəqliyyatın gələcəyi pilotsuz avtomobillərdə birgə səyahətdən ibarətdir. Bu bazar Airbnb ilə Uber servislərinin qarışığı tərzində formalaşacaq” – deyə Musk bildirib.

    Musk düşünür ki, yüngül şəhər nəqliyyatı Tesla şirkətinə məxsus pilotsuz avtmobillərdən ibarət olacaq. Həmin pilotsuz avtomobillər isə öz növbələrində özəl şəxslərdə olacaqlar. Hər iki tərəf bu halda Uber sistemi əsasında qazanc əldə edəcək. Lakin bu vəziyyətdə sərnişinləri sürücü və ya avtomobilə sahib özəl şəxslər deyil, pilotsuz sistem lazımi məntəqəyə çatdıracaq. Bundan əlavə olaraq pilotsuz avtmobilləri Airbnb servisi tərzində icarəyə də vermək mümkün olacaq. Musk Tesla şirkətinin artıq indidən müəyyən üstünlüyə sahib olduğunu bildirərək gələcək nəqliyyat sistemi barəsində böyük əminliklə bu cür bəyanatlar verir.

    Belə ki, ABŞ yollarında artıq yüz minlərlə Tesla avtmobillərindən istifadə olunur. Beşinci avtopilot səviyyəsinin istifadəyə verilməsindən sonra isə elektromobillərin sayı milyondan çox olacaq. İndi hazırlanan texnologiya sayca həmin milyondan çox olacaq elektromobillərdən böyük bir hissəsini pilotsuz nəqliyyat növünə çevirməyə imkan verəcək. Belə ki, bəzi elektromobillərin pilotsuz nəqliyyat növünə çevrilməsi üçün sadəcə olaraq proqram təminatı yenilənməsi göndəriləcək. Bəzilərində isə sadəcə olaraq çiplər dəyişdiriləcək. Buna baxmayaraq mütəxəssislər Tesla şirkətini pilotsuz avtomobil yaradıcılarının reytinqinə daxil etmirlər. Həmin reytinqdə birinci yeri tutan isə Waymo şirkətidir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar