Heç kim gözləmirdi: Tesla şirkəti bu ilin üçüncü rübünü gəlir ilə bitirib



    Elon Musk bu ilin əvvəlində də söz verdiyi kimi Tesla şirkəti bu ilin üçüncü rübünü gəlir ilə bitirdi. İyul-Sentyabr ayları göstəricilərinə əsasən şirkətin gəliri 311.5 milyon dollar və ya başqa sözlə desək bir səhminə görə 1.75$ təşkil edib. Bu ilin üçüncü rübü üzrə ümumi əldə olunmuş gəlir vəsaiti 6.8 milyard dollar təşkil edib. Bu ilin Aprel ayında Elon Musk bildirmişdi ki, Tesla şirkəti artıq 2018-ci ilin dördüncü rübündə gəlirli olacaq və beləliklə əlavə vəsait cəlb etməyə ehtiyac qalmayacaq.

    Üçüncü rübün göstəricilərinə əsasən şirkətin müstəqil vəsait axını 881 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, şirkət avtomobil istehsalının yüksəldilməsi üçün artıq milyardlarla dollar vəsait xərcləmir. Qeyd etmək lazımdır ki, Tesla şirkəti 2010-cu ildən birjaya çıxdıqdan sonra artıq üçüncü dəfədir ki, gəlir göstəricilərini təqdim edir. Sonuncu dəfə bu, 2016-cı ilin üçüncü rübündə olmuşdu. Həmin vaxtda şirkət 22 milyon dollar gəlir əldə etmişdi. Bu ilin dördüncü rübündə də şirkət gəlir əldə etməyi ümid edir.

    Tesla şirkətinin üçüncü rübdə gəlir əldə etməsi Model 3 büdcəli elektromobilinin satışları vasitəsilə mümkün olub. Tesla şirkətinin məlumatına əsasən Model 3 ABŞ-ın ən çox satılan avtomobillərinin top 5 siyahısına daxil olub. Hələ ki, Model 3-ün həftəlik istehsal sayı şirkətin öz planından geridə qalır (həftədə 4300 ədəd). Lakin buna baxmayaraq Sentyabr ayının son həftəsində şirkət 5300 ədəd Model 3 istehsal etmişdi. İyul-Sentyabr aylarının göstəricilərinə əsasən Tesla ümumilikdə 53.239 ədəd Model 3 istehsal etmişdir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar