Galaxy X və Galaxy S10 gələn ilin əvvəlində təqdim oluna bilərlər



    Samsung-un uğurlu şəkildə Galaxy S9 modelini satdığı və Galaxy Note 9-un təqdimatına hazırlaşdığı bir vaxtda internetdə əyilə biləcək Galaxy X və yeni nəsil Galaxy S10 modelləri barəsində məlumatlar ortaya çıxır. Ice Universe ləqəbli məşhur Çin mənbəsinin verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy X modelini gələn ilin Yanvar ayında təqdim etməlidir. Çox güman ki, sözügedən təqdimat Los Ancelesdə keçirilıəcək CES 2019 tədbirində baş tutacaq. Güman olunur ki, şirkət 300-500 min ədəd Galaxy X modeli istehsal edəcək. İlkin gözləntilərə əsasən Galaxy X modelinin qiyməti 1200$ təşkil edəcək.

    Galaxy S10-a gəldikdə isə onu çox güman ki, ya gələn ilin Fevral ayında Barselonada keçiriləcək MWC 2019 tədbirində yada Galaxy S9 və S9 Plus modelləri ilə olduğu kimi ayrıca bir tədbirdə təqdim edəcəklər. Təəssüflər olsun ki, sözügedən smartfon modellərinin texniki özəllikləri barəsində hələki heç bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən bu smartfonlar böyük ölçülü AMOLED ekranlar ilə təchiz olunacaqlar və istifadəçi üzünün 3D skan texnologiyasına sahib olacaqlar. Bundan əlavə olaraq ehtimal var ki, Galaxy S10 həmdə ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını da özündə birləşdirəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Olimp Casino