İnternetdə Galaxy S10 seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə All About Samsung saytı Galaxy S10 Plus modeli barəsində bəzi məlumatları verib. Belə ki, saytın verdiyi məlumata əsasən Galaxy S10 Plus modelinin ekranı ön panelin 93.4%-ni əhatə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim olunmuş Mi Mix 3 modelində də bu cür göstərici var idi. Bundan əlavə olaraq verilmiş məlumata əsasən Galaxy S10 Plus modelinin batareya həcmi Galaxy Note 9-dakı kimi olacaq. Yəni smartfon 4000 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər. Həmçinin Plus versiyada üçlü arxa kameranın olacağı da güman olunur. Qeyd etmək lazımdır ki, Plus versiyadan əlavə iki model də olacaq. 5.8 inç ekrana və bir arxa kameraya sahib model və 6.3 inç ekrana və ikili arxa kameraya sahib model. Yeni Galaxy S10 seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.