Samsung Galaxy S10 Plus 5 kameraya sahib ola bilər



    Koreyanın The Bell adlı mənbəsinin verdiyi məlumata əsasən Galaxy S10 Plus modeli 5 kamera ilə təchiz olunacaq. Onlardan ikisi ön paneldə, üçü isə arxa paneldə yerləşəcək. Ön paneldə hansı modul kameraların yerləşəcəyi hələki bilinmir. Lakin çox güman ki, ön paneldə olacaq ikinci kamera modulu portret rejiminin yaxşılaşdırılması üçün nəzərdə tutulacaq. The Bell-in məlumatına əsasən Galaxy S10 Plus modelinin ön panelindəki olacaq iki kamera smartfonu adi versiyadan fərqləndirəcək.

    Belə ki, digər Galaxy S10 modelləri ön paneldən bir kamera ilə təchiz olunacaqlar. Həmçinin məlumatda qeyd olunur ki, smartfon arxa paneldən 3 kameraya sahib olacaq. Onlardan biri diafraqması dəyişə biləcək modul, ikincisi teleobyektiv, üçüncüsü isə genişbucaqlı modul olacaq. Görünür, 2019-cu ildə smartfonlarda 4-5 kameranın olması əsas trend halını alacaq. Qeyd etmək lazımdır ki, bir sıra məlumatlara əsasən bu ilin payız fəslində 5 kameralı LG V40 ThinQ smartfonu təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar