Galaxy A 2019 seriyası üçlü arxa kamera və ekranda barmaq izi skanı ilə təchiz olunacaq



    Cənubi Koreyadan olan The Investor mənbəsinin verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy A premium seriyasını tamamilə yeniləyəcək. Məlumata əsasən 2019-cu il Galaxy A seriyasında təqdim olunacaq smartfonlar Galaxy S10 modelinin özəlliklərini kopyalayacaqlar. Yeni məlumatlarda qeyd olunub ki, Galaxy A eriyasının yeni modelləri artıq klassik geniş formatlı ekranlar və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaqlar.

    Bununla yanaşı smartfonların arxa panellərində üçlü kameralar da olacaq. Bildirilir ki, həmin kameralar Galaxy S10-da olacaq üçlü arxa kameradan bir qədər sadə olacaqlar. Lakin bununla yanaşı onlar istifadəçilərin diqqətlərini cəlb etməyə qadir özəlliklərə sahib olacaqlar. Lakin yeni Galaxy A seriyasındakı smartfonların neçə ön kamera ilə təchiz olunacaqları, onların hansı texniki göstəricilərə sahib olacaqları barəsində hələki heç bir məlumat yoxdur. Məlum olan tək şey odur ki, Galaxy A 2019 seriyası gələn ilin birinci rübündə təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar