Blancco tədqiqat şirkətinin mütəxəssislərinin məlumatlarına əsasən bu ilin Yanvar ayından Aprel ayına kimi Samsung şirkətinin cihazları bütün istehsalçılar arasında ən yüksək imtina göstəricisinə (27.4%) sahib olublar. iOS cihazlar arasında ən problemliləri iPhone 6 (22) və iPhone 6s (16) olub. Ümumilikdə iOS cihazların 15.2%-i bu ilin birinci rübündə problemlərlə qarşılaşıblar. Android smartfonlar üçün bu göstərici 18.9% təşkil edir. iPhone 6 və iPhone 6s modellərində olmuş problemlər heç də təəccüblü deyil.
Belə ki, hələ 2016-cı ildə sözügedən smartfon modellərinin sensorlu ekranları birdən-birə sıradan çıxırdı və ya ekranların üzərlərində qara zolaqlar əmələ gəlirdi. Bununla yanaşı şirkət iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 7 və iPhone 7 Plus modellərini bilərəkdən zəiflədirdi. Bu isə öz növbəsində smartfonlarda proqram təminatını yeniləməyə tələsməyən istifadəçilərdə mənfi fikirlər oyadır. İmtina edilən smartfon göstəricilərində Samsung-dan sonra Xiaomi şirkəti (14.2% problemli cihazlar), daha sonra isə Motorola (9.6% problemli cihazlar) gəlir. Bundan əlavə olaraq mütəxəssislər təyin ediblər ki, iOS cihazların 74.3%-i iOS 11 əməliyyat sistemi vasitəsilə, Android cihazların 52%-i isə Android Nougat əməliyyat sistemi vasitəsilə çalışır.