Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti 512 GB daxili yaddaşa sahib hər bir iPhone modeli sayəsində 134$ daha çox vəsait əldə edir. Şirkət 512 GB daxili yaddaşa sahib modeli 64 GB daxili yaddaşa sahib modeldən 350$ baha qiymətə satır. Daxili yaddaşlar arasındakı maya dəyəri fərqi isə 132$ təşkil edir. Öz cihazlarında böyük yaddaş həcmi Apple şirkətinin satışları qaldırması üzrə bir strategiyadır və şirkət uzun illərdir ki, bu yolla gedir.
Keçən ilki iPhone 8 və iPhone X modellərinin təqdimatından qabaq şirkət aralarında 100$ qiymət fərqi olan 3 versiyada smartfon modelləri təqdim edirdi. Alıcılar isə maksimal yaddaş həcmini əldə etmək üçün 200$ ödəməyə hazır oldular. Keçən il şirkət yalnız 64 və 256 GB daxili yaddaşa sahib smartfon modellərini təqdim etmişdi. Onlar arasında qiymət fərqi isə 150$ idi. Beləliklə Apple şirkəti 256 GB daxili yaddaşa sahib versiyanı seçmiş alıcıların hesabına 107 milyon dollar təmiz gəlir əldə etmişdi.
Yeni iPhone modellərinə gəldikdə, 256 və 512 GB daxili yaddaş versiyaları arasındakı qiymət fərqi 200$ təşkil edir. Bu isə o deməkdir ki, bu il şirkət maksimal daxili yaddaş həcminə sahib smartfonlar hesabına heç olmadığı qədər daha çox vəsait əldə edir. Bloomberg həmçinin bildirib ki, bu il NAND flash yaddaşının qiyməti aşağı düşüb. Lakin şirkət öz smartfon qiymətlərini aşağı salmaqdan imtina edib.