Apple şirkəti iPhone 6s, 6s Plus və iPhone SE modellərinin satışlarını dayandırdı



    Hər ilki təqdimatdan sonra Apple şirkəti bu dəfə də öz saytında iPhone bölməsini yenilədi. Beləliklə iPhone Xs, iPhone Xs MaxiPhone Xr modellərinin saytda təqdim olunması ilə birlikdə həmin bölmədən iPhone 6s, 6s PlusiPhone SE modelləri çıxarıldı. iPhone 6s və 6s Plus modellərinin satışlarının dayandırılması heç təəccüblü deyil. Belə ki, Apple şirkəti artıq uzun illərdir ki, yalnız 3 nəsil cihazları reallaşdırır.

    Buna görə də hal hazırda şirkətin saytında iPhone 7, iPhone 8 smartfonlarını almaq və yeni təqdim olunmuş iPhone modellərinin ön sifarişini reallaşdırmaq olar. Lakin iPhone SE modelinin satışlarının dayandırılması böyük olmayan smartfonları sevənlər üçün heç də yaxşı xəbər deyil. Belə ki, iPhone SE 2-nin reallaşacağına heç bir işarə yoxdur. Pis halda bu o deməkdir ki, kompakt iPhone modelləri dövrü artıq geridə qaldı.


    Belə ki, təqdim olunmuş iPhone modellərindən ən kompakt olanı 5.8 inç ekranlı iPhone Xs-dir. iPhone 7 və iPhone 8 modelləri isə ondan nəzərə çarpmayacaq dərəcədə kiçik ölçülərə sahibdirlər. Bundan əlavə olaraq Apple şirkəti iPhone SE modelini yaxşı texniki göstəricilərə sahib olan büdcəli smartfon kimi təqdim etmişdi. Bu ilki ən ucuz iPhone modeli isə iPhone Xr-dir. Onun qiyməti 750$-dan başlayır. Belə qiymət göstəricisinə sahib smartfonu isə heç cürə büdcəli model adlandırmaq olmaz. Qeyd etmək lazımdır ki, iPhone SE smartfonunu almaq istəyib də vaxtında almayanlar hələ də onu bir sıra telefon mağazaları şəbəkələrindən əldə edə bilərlər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar