Galaxy Watch'un rəsmi fotosu təqdimatdan öncə sızdırıldı



    Galaxy Note 9-dan fərqli olaraq onunla eyni gündə təqdim olunması gözlənilən Galaxy Watch cihazı barəsində demək olar ki, heçnə məlum deyil. Güman olunur ki, smartfon ilə saat eyni tədbirdə təqdim olunacaqlar. Bugün isə Galaxy Watch-un rəsmi fotosu yayılıb. Fotonu Samsung şirkəti özü təsadüfən internetə sızdırıb. Lakin şirkət tez bir zamanda fotonu pozub. Yayılmış fotoda 42 mm ölçülü və çəhrayı rəngdə olan Galaxy Watch əks olunub. Fotoda cihazın ölçüsünün qeyd olunması o deməkdir ki, şirkət Galaxy Watch-un 2 versiyasını satışa çıxarda bilər. Təəssüflər olsun ki, smart saat haqqında olan bütün məlumatlar bundan ibarətdir. Bütün əlavə məlumatlar Samsung Unpacked tədbirində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, tədbir 9 Avqust tarixində baş tutacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar