Analitiklər öz fikirlərini dəyişdilər: Tesla şirkəti gəlirli olmağa çox yaxındır



    Tesla şirkətinin əsas tənqidçilərindən biri olan Andrew Left etiraf edib ki, vaxtı ikən Model 3 elektromobilinin uğursuz olacağını proqnoz edəndə səhv edib. Həmin vaxtda o əmin idi ki, büdcəli elektromobil digər rəqiblərin fonunda yoxa çıxacaq. İndi isə o bildirir ki, Tesla şirkəti yaxın müddətdə gəlirli olacaq. Citron Research şirkətindən olan Andrew Left uzun müddətdir ki, tənqidçi və Tesla şirkətinin səhmlərinin short seller-i (short selling – satış zamanı satıcının sahib olmadığı dəyərli kağızları, məhsulları və ya valyutaları satması) qismində çıxış edir. Hal hazırda Tesla şirkəti ilə məhkəmə prosesində olan Andrew Left Tesla şirkəti və Elon Musk barəsində fikirlərini dəyişib.

    Bu, Tesla şirkətinin vacib elanından sonra baş tutub. Belə ki, bugün gecə Tesla şirkəti bu ilin üçüncü rübü üzrə gəlirlərinin hesabatını təqdim etməlidir. Şirkətin bu elanından sonra onun səhm qiymətləri 13% yüksəlib. Şirkətin CEO-su Elon Musk şirkət əməkdaşlarına bildirib ki, analitiklərin proqnozlarına baxmayaraq Tesla şirkəti gəlirli olmağa çox yaxındır. Onun proqnozlarına əsasən Tesla nəinki pul qazanmağa başlayacaq, həmdə müsbət vəsait axınına çıxacaq. Bu, keçən il Model 3 elektromobilinin sürətli şəkildə istehsalına xərclənmiş milyardlarla dollar vəsaitdən sonra yeni və əsl istiqamət yolu olacaq.

    83.000 ədəd Model 3 elektromobilinin satışı sayəsində Tesla şirkətinin üçüncü rüb üzrə gəlirləri diqqətə laiq olmalıdır. Bir sıra proqnozlara əsasən bu göstərici 6 milyard dollar təşkil edəcək. Morgan Stanley şirkətindən olan analitik Adam Jonas-ın da fikrincə dördüncü rüb Tesla şirkəti üçün gəlirli olacaq. Bu proqnozu Citron Research şirkəti öz hesabatında təsdiqləyib. Analitiklər özləri bildiriblər ki, son illərdəki tənqidlərdən sonra bu cür proqnozlar vermələrinə təəccüblənirlər. Andrew Left 2 il bundan öncə Tesla şirkətinin bir səhmini 180$-dan short etməyə başlamış və nəticədə peşman olmuşdur.

    Qısa mövqelərin açılması (short), oyunçunun, şirkətin səhmlərinin qiymətlərinin aşağı düşməsinə ümid etməsinə əsaslanır. Səhm qiymətləri aşağı düşən zaman oyunçu həmin səhmləri aşağı qiymətə alır və öz mövqesini bağlayır. Daha sonra səhm qiymətləri arasında olan fərqi isə öz cibinə qoyur. Bu dəfə hər şey fərqli şəkildə baş verdi. Belə ki, Tesla şirkətinin qiyməti qalxdı və nəticədə Left külli miqdarda pul itirdi. ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) ilə birlikdə o, Musk-ı məhkəməyə verdi. Buna səbəb isə Musk-ın öz Twitter hesasabında Tesla-nı özəl şirkətə çevirmək planı barəsində mesajı olub.

    İndi isə Left bldirib ki, bu sadəcə biznesdir. “Həmin gün mən səhm qiymətlərinin aşağı düşməsinə oynayırdım. Musk bildirmişdi ki, Tesla-nın özəl şirkətə çevrilməsi üçün vəsait mövcuddur. Lakin bu belə deyildi. İndi isə mən öz pullarımı geri qaytarmq istəyirəm” – deyə Left bildirib. Bundan əlavə olaraq Left bildirib ki, o, Musk barəsində səhv fikirdə olub. O bildirib ki, Tesla şirkəti BMW, Toyota Honda kimi şirkətlərin alıcılarını öz tərəfinə çəkir. Lakin Musk barəsində çox zaman baş verən hadisələr səbəbilə bunu heç kim görmür.

    Məsələn Joe Rogan ilə müsahibəsi zamanı Musk-ın marixuana çəkməsi, Tesla şirkətinin səhm qiymətlərinin 9% aşağı düşməsinə səbəb olmuşdu. SEC ilə olan qalmaqal isə Tesla ilə Musk-a ümumilikdə 40 milyon dollara başa gəldi. Bütün bu hadisələrin fonunda real rəqəmlər itdilər. “O əsl şoumenə çevrildi. Buna görə də mən də daxil olmaqla mənim kimi insanlar əsas biznesi unutduq. Bir çoxları Musk-ın müsahibə zamanı marixuana çəkdiyini müzakirə etdiyi bir müddətdə Musk-ın özü avtomobil sahəsindəki rəqiblərini geridə qoyur” – deyə Andrew Left bildirib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar