Apple şirkəti unikal AR eynəkləri və gələcəyin maşınını təqdim edəcək



    Apple layihələri üzrə artıq öz dəqiq proqnozlarını vermiş məşhur analitik Ming Chi-Kuo-nun sözlərinə görə şirkətin gələcəyi Apple CarAR eynəklərdən asılıdır. Onun fikrincə məhz bunlar şirkətin texniki məhsullarının ən məntiqli davamı olacaq. Analitikin verdiyi məlumata əsasən Apple Car layihəsi 2023-2025-ci illərdə təqdim olunacaq. Şirkət sözügedən maşınlar üçün platformanı artıq bir neçə ildirki hazırlayır. Güman olunurdu ki, Apple öz maşınları üçün kənar şirkətlərin proqram təminatlarını lisenziyalaşdıracaq.

    Lakin Kuo-nun sözlərinə əsasən şirkət özünün istehsalı olacaq platformanı yaradır. Onun fikrincə hal hazırda pilotsuz maşınlar bazarı 10 il bundan öncəki smartfonlar bazarını xatırladır. Buna görə də Apple kimi şirkət həmin bazarı inkar edə bilməz. Şirkət üçün vacib olacaq ikinci məhsul isə AR eynəklər olmalıdır. Sözügedən eynəkləri şirkət 2020-ci ildə təqdim edə bilər. Kuo-nun sözlərinə əsasən Apple artıq uzun müddətdir ki, ARKit ilə AR proqram təminatının reallaşdırılması üzərində çalışır. Növbəti məntiqli mərhələ isə texniki məhsulun yaradılmasıdır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar