Huawei şirkəti yaxın gələcək üçün olan planlarını açıqlayıb



    Huawei şirkətinin istehlak şöbəsinin rəhbəri Richard Yu jurnalistlərlə müsahibəsində şirkətin yaxın gələcək üçün olan planlarından danışıb. Bu ilin ikinci rübündə Huawei Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısı olmuşdu. Richard Yu-nun sözlərinə görə şirkət bununla yetinmək niyyətində deyil. Onun sözlərinə görə mobil cihazlar bazarını fəth etmək üçün şirkət öz məhsullarına daha çox innovasiyalı texnologiyaların inteqrasiya olunmasına hazırdır.

    Müsahibə zamanı Richard Yu bildirib ki, Huawei artıq 2019-cu ildə Samsung şirkəti ilə olan məsafəni qısaltmağı və onu geridə qoymağı planlaşdırır. Şirkət 2020-ci ilə kimi dünyanın ən böyük smartfon istehsalçısı olma məqsədinə çatmaq istəyir. Bu məqsədin reallaşması üçün şirkət daha çox aparıcı texnologiyaların istifadə edilməsi niyyətindədir. Artıq 2019-cu ildə şirkət özünün ilk əyilə bilən smartfon modelini təqdim edəcək. Lakin onun barəsində hələki dəqiq heç bir məlumat yoxdur. Bununla yanaşı Rchard Yu bildirib ki, şirkət süni zəka texnologiyası əsasında hazırlanacaq bir neçə innovasiyalı məhsul da təqdim edəcək.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar