Apple AirPods 2 dəqiq olaraq bu il təqdim olunacaq



    Apple şirkətinin yeni naqilsiz qulaqlıqları olan AirPods 2 bir neçə müddət bundan öncə Bluetooth sertifikatlaşdırmasından keçmişdi. İndi isə məşhur insayderin verdiyi məlumata əsasən şirkət yeni model naqilsiz qulaqlıqları dəqiq olaraq bu il təqdim edəcək. Bu məlumatı məşhur insayder Ice Universe verib. Qeyd etmək lazımdır ki, məşhur analitik Ming-Chi Kuo da əvvəlki proqnozlarında bildirmişdi ki, Apple AirPods 2 bu il təqdim olunacaq.

    Qulaqlıqların təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, şirkət onları Yeni il öncəsi təqdim edəcək. Qeyd etmək lazımdır ki, bir çoxları ümid edirdilər ki, Apple şirkəti yeni naqilsiz qulaqlıq modelini Oktyabrın sonunda baş tutmuş təqdimat çərçivəsində təqdim edəcək. Lakin bu baş verməmişdi. Təəssüflər olsun ki, Apple AirPods 2 qulaqlığının əvvəlki modeldən nə ilə fərqlənəcəyi barəsində heç bir məlumat yoxdur. Bəzi məlumatlara əsasən yeni modeldə çalışma zamanı uzadılacaq və ətrafdakı küyü boğma funksiyası əlavə olunacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar