Sabah Apple şirkəti yeni iPhone modellərindən əlavə olaraq digər məhsullarını da təqdim edəcək. Məşhur analitik Ming-Chi Kuo şirkətin yeni məhsulları barəsində öz proqnozlarını verib. Ming-Chi Kuo əmindir ki, bir çox məlumat sızıntılarına baxmayaraq Apple şirkəti hamını təəccübləndirə biləcək. Onun fikrincə sabahki tədbirdə təqdim olunacaq hər bir məhsul əvvəlki veriyalardan fərqlənəcək. Beləliklə Kuo bu proqnozları verib:
- iPad Pro planşeti Face ID texnologiyasına sahib olacaq və Lightning girişi əvəzinə USB-C girişi ilə təchiz olunacaq. Bununla yanaşı şirkət yeni planşet modelinin şarj adapterini 18 vattlığa dəyişəcək
- Yeni baha olmayan MacBook Air modeli 12 inç ekrana sahib MacBook modelini əvəz edəcək. Yeni MacBook Air TouchBar özəlliyinə sahib olmasa da Touch ID texnologiyasını özündə birləşdirəcək
- Böyük ekrana sahib olacaq Apple Watch Series 4 smart saatı elektrokardioqrafiya ötürücülərini özündə birləşdirəcək. Bütün smart saat modellərinin axa panelləri isə keramik materialdan hazırlanacaq.
Kuo həmçinin bildirib ki, 6.1 inç ekrana sahib olacaq büdcəli iPhone modeli ya Sentyabrın sonunda yada Oktyabrın əvvəlində satışa çıxacaq. Belə ki, büdcəli versiyanın istehsalında şirkət bəzi problemlər ilə qaşılaşıb. Bundan əlavə olaraq analitik bildirib ki, şirkət həmdə Apple AirPods 2 qulaqlıqlarını və AirPower şarj stansiyasını təqdim edəcək.